Rumıniyada daha bir YDM istifadəyə verilib
Tarix: 22.01.2018 | Saat: 21:16:00 | E-mail | Çapa göndər


SOCAR Rumıniyada yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Rumıniyanın turizm potensiallı bölgəsi olan Braşov şəhərində istifadəyə verilmiş yanacaqdoldurma məntəqəsi bu ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən 39-cu YDM-dir. Braşov şəhərində müştərilərin ixtiyarına verilən sayca 2-ci YDM-də 3 sayğac quraşdırılmış, burada 4 kiçik avtonəqliyyat vasitəsi və 2 iritutumlu yük maşını eyni anda benzin və dizel yanacaqları ilə təmin ediləcək. YDM ərazisindəki "Nar" kafedə müştərilərə yerli və Azərbaycan məhsulları, eləcə də pulsuz internet xidməti təqdim olunur. Azərbaycanın Prezidenti İlham Əliyevin “Made in Azerbaijan” brendinin təbliğ edilməsi siyasətinə uyğun olaraq bütün məntəqələrdə Azərbaycan guşəsi yaradılıb və YDM-də ölkəmizdən gətirilən məhsulların satışı həyata keçirilir.
Qeyd edək ki, SOCAR Rumıniyanın artıq 18 regionunda - Botoşan, Suçeava, Nyamts, İaşi, Bihor, Buzau, Bakau, Vrancea, Timiş, İlfov, Kluj, Valcea, Arad, Argeş, Bistritsa-Nasaud, Sibiu, Buxarest və Braşovda yanacaqdoldurma məntəqələrinə malikdir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info