Asayiş keşikçiləri radikal müxalifətçilərin təxribatçı planının qarşısını alıb
Tarix: 22.01.2018 | Saat: 21:49:00 | E-mail | Çapa göndər


Daxili İşlər Nazirliyi (DİN) Milli Şura üzvlərinin yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarəti zamanı polis əməkdaşlarının onlara maneə yaratması barədə iddialarına münasibət bildirib.
 
Nazirliyin Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun və digər radikal müxalifət partiyaların rəhbərlərinin 20 Yanvar -Ümumxalq Hüzn Günündə Şəhidlər Xiyabanını ziyarət edərkən guya onlara süni əngəllərin yaradılması barədə sosial şəbəkələrdə paylaşdıqları statusların, verdikləri bəyanatların heç bir hüquqi və məntiqi əsası yoxdur.
 
Rəis müavini qeyd edib ki, daim öz hüquqlarının pozulduğunu iddia edən, bu zəminində hakimiyyət orqanlarının, xüsusən də polisin ünvanına iftira atmağa, onlar barəsində yeri gəldi-gəlmədi “qara piar”, böhtan kampaniyası aparmağa adət etmiş, özünü Milli Şura adlandıran qurumun bir qrup üzvü öz ənənələrinə bu dəfə də sadiq qalıblar, onların guya Şəhidlər Xiyabanını ziyarət etməsinə maneə yaradılması barədə açıqlamalar verməyə başlayıblar: “Bu qüvvələrin bilərəkdən təxribata getmək, ən müqəddəs hisslərdən, xalqımızın qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən olan 20 Yanvar hadisələrindən də ucuz siyasi məqsədləri üçün istifadə etməklə hər birimiz üçün ağrılı olan bu mövzuda da şou düzənləmək niyyəti həm də ondan bəlli idi ki, bu bədnam qurumun başbilənləri qabaqcadan edilmiş xəbərdarlıqlara məhəl qoymayaraq, müəyyənləşdirilmiş vaxtdan da təqribən bir saat yarım əvvəl ziyarətə gəliblər.
 
Bu şəxslərin Ümumxalq Hüzn Günündə qarşıdurma, qarışıqlıq yaratmaq niyyətlərini önləyən asayiş keşikçiləri radikal müxalifətçilərin həmin təxribatçı planının da qarşısını alaraq, onlara hamıdan qabaq ziyarətə başlamaq imkanı yaradıblar. Guya tərəfdarlarının toparlanacağı bəhanəsi ilə bu müqəddəs məkanda ümumi ziyarətçi axınını da qısa müddət süni şəkildə dayandırmış Milli Şura təmsilçilərinin məlum provokasiyasına özlərinin məhdud bir qrupundan başqa kimsə uymayıb, ümumxalq hüzn günündə, millətin birləşdiyi bir tarixdə təşkil etdikləri ucuz siyasi şouda özlərindən savayı kimsə iştirak etməyib. Bir daha qeyd edirik ki, yanvarın 20-də insanların Şəhidlər Xiyabanını maneəsiz və sərbəst şəkildə ziyarət etmələri üçün aidiyyəti dövlət qurumları tərəfindən hər cür şərait yaradılıb”.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info