Qanunsuz miqrasiya kanalı təşkil edən əcnəbilər saxlanılıb
Tarix: 22.01.2018 | Saat: 21:50:00 | E-mail | Çapa göndər


Dövlət Miqrasiya Xidməti(DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 14 nəfər Pakistan İslam Respublikası və 1 nəfər Hindistan Respublikası vətəndaşı saxlanılıb.
 
DMX-dən verilən məlumata görə, araşdırma zamanı ölkədə qanunsuz yaşadığı üçün DMX tərəfindən saxlanılmış Hindistan vətəndaşı Nema Devi Haibamın əsasən Şərq ölkələri vətəndaşlarının Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə Avropa, Ukrayna, Rusiya Federasiyası və Türkiyə istiqamətində qanunsuz miqrasiya kanalını təşkil etdiyi məlum olub.
 
Digər şəxs - “Şah” ləqəbi ilə tanınan Pakistan vətəndaşı Syyed Muhammed Farrukh Razı Avropa istiqamətində getməkdə maraqlı olan əcnəbilərə vasitəçilik etməklə onların N.D.Haibamın qurbanlarına çevrilməsinə şərait yaradıb.
 
N.D.Haibam Avropaya getmək üçün Pakistan vətəndaşları Nadeem Muhammad və Shahzad Adnana Pakistanda yaşayan şəxslərin köməkliyi və iştirakı ilə müəyyən məbləğ qarşılığında saxta Şengen vizaları alıb. Lakin adıçəkilən Pakistan vətəndaşlarının bu il yanvarın 12-də Azərbaycan ərazisini İtaliya istiqamətində tərk etmək cəhdləri baş tutmayıb. Belə ki, N.D.Haibam vədini yerinə yetirməyib və “viza”ları onlara təqdim etməyib.
 
Həmçinin N.D.Haibam daha 6 əcnəbi ilə birbaşa razılaşma əldə edib, onların hər birini yalan vədlərlə aldatmaqla qanunsuz miqranta çevirib. Bundan əlavə, araşdırma zamanı N.D.Haibamın Amerikaya və digər ölkələrə əcnəbilərin qanunsuz yollarla göndərilməsini beynəlxalq səviyyədə təşkil edən şəxslərlə əlaqələr yaratdığı müəyyən olunub.
 
Beləliklə Nema Devi Haibam və Syyed Muhammed Farrukh Razı əcnəbiləri inandırmaqla onların küllü miqdarda vəsaitini mənimsəyib və qanunsuz miqrasiyaya zəmin yaradıb. Qeyd olunan əcnəbilərin qanunsuz əməlləri tam sübuta yetirilib, faktlar öz təsdiqini tapıb və qanunsuz miqrasiya kanalını təşkil edən şəxslər ifşa edilərək zərərsizləşdirilib.
 
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info