SOCAR: “Türkiyədəki layihələrə 12,6 milyard dollar investisiya qoyulub”
Tarix: 23.01.2018 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Zaur Qəhrəmanov: “Star” neft emalı zavodu dekabrda tam gücü ilə işləyəcək
SOCAR bu vaxtadək Türkiyədəki layihələrinə 12,6 milyard dollar investisiya qoyub. Bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov deyib. O bildirib ki, 2008-ci ildə “Petkim”i alaraq Türkiyə bazarına daxil olan SOCAR-ın bütün layihələrində bu gün ümumilikdə 35 min nəfər çalışır. “Petkim”dən başqa, şirkət “Star” neft emalı zavodu, TANAP kimi nəhəng layihələri ilə Türkiyə iqtisadiyyatına öz töhfəsini verir. “2018-ci ilin sonunda sərmayə xərclərimiz bitdikdə Türkiyənin ən böyük 3-cü holdinqindən biri olacağıq. Türkiyə hökumətinin dəstəyindən çox məmnunuq. Türkiyəyə planlaşdırılan sərmayələrimiz ümumilikdə 19,5 milyard dollar zivarındadır. Bu, 2020-ci ilə qədər nəzərdə tutulan investisiyaların ümumi həcmidir. 19,5 milyard dollarlıq investisiyanın 12,6 milyard dollarlıq hissəsini artıq sərf etmişik. Qalan vəsait isə 2020-ci ilədək xərclənəcək”, - deyə Zaur Qəhrəmanov əlavə edib. O, deyib ki, SOCAR-ın 5,7 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını davam etdirdiyi “Star” neft emalı zavodu dekabrda tam gücü ilə işləyəcək. O bildirib ki, bu ilin sonundan etibarən zavod test rejimində işləməyə başlayacaq: “2018-ci ilin üçüncü rübündə zavodda istehsal ediləcək məhsulları satmağa başlamağı planlaşdırırıq. Bu məhsullar – “Petkim”ə satacağımız nafta, Türkiyə bazarına satılacaq dizel reaktiv yanacağıdır. Hazırda Türkiyə həm dizeli, həm də reaktiv yanacağı xaricdən idxal edir. Bizim bu layihədən gözləntimiz “Petkim”də olduğu kimi Türkiyənin cari tələbatının ödənməsidir. İlk hesablamalara görə, bu zavodun Türkiyə iqtisadiyyatına 1,5 milyard dollar ətrafında dəyər qatacaq və idxal da 1,5 milyard dollar azalacaq”. STEAŞ-ın baş direktoru deyib: “Məqsədimiz zavodda istehsal etdiyimiz məhsulları 2018-ci ilin sentyabr ayında satmağa başlamaqdır. Zavodun tikinti işlərinin 96 faizi bitib. Əslində 9 aylıq sınaq müddəti var. “Star” neft emalı zavodu 2018-ci ilin dekabr ayından etibarən tam gücü ilə çalışmağa başlayacaq”. “Dəyər marjalarını artırmaq perspektivi ilə “Star”ın aktivlərini şaxələndirmək və lazım olduğu təqdirdə isə paylama şəbəkəsi qurmaq üçün əlimizdən gələni edəcəyik. Əgər bəzi terminallar almaq lazımdırsa, biz bunu da edə bilərik. Ancaq bu yalnız “Star”ın mənfəət marjasını artırmaq üçün edilə bilər”, - deyə Zaur Qəhrəmanov əlavə edib. Qeyd edək ki, zavodda yerüstü boruların 98 faizinin montajı yekunlaşıb. Layihə üzrə ümumi işlərin 96,4 faizi görülüb. “Star” hər il 10 milyon ton xam neft emal edəcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal olunacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info