Türkiyədən Azərbaycana daşınan yük Astara limanından gəmi ilə yola salınıb
Tarix: 23.01.2018 | Saat: 14:35:00 | E-mail | Çapa göndər


Türkiyədən Azərbaycana daşınan yük ilk dəfə olaraq İranın Astara limanından gəmi ilə yola salınıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Astara dəniz limanının müdiri Mahmud Mir Nəbili deyib. Onun sözlərinə görə Türkiyədən Azərbaycana ixrac edilən 73 min ton keramika məmulatları gəmi ilə Bakı Beynəlxalq Ticarət Limanına yola salınıb.
M.M. Nəbili bildirib ki, daşınan yük özəl sektora aiddir. O qeyd edib ki, Astara limanının imkanları böyükdür və Azərbaycanla yanaşı Mərkəzi Asiya dövlətlərinə də yükdaşımanı həyata keçirə bilər.
Ötən ilin 9 ayı ərzində Astara limanından 141 min 565 ton yük ötürülüb. Bu liman 60 hektar əraziyə sahibdir və 2500 tonluq yük gəmilərinə xidmət göstərmək imkanı var.
Xatırladaq ki, İranın Astara limanı ilə Bakı Beynəlxalq Ticarət Limanı arasındakı marşrut da “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxildir. Yüklərin gəmi ilə Azərbaycana buradan isə Rusiya və Avropa istiqamətinə daşınması üçün əlverişlidir.
Yanvarın əvvəlində İranın yol və şəhərsalma naziri Abbas Axundinin Hindistana rəsmi səfəri zamanı 2 milyard dollar kredit alınması barədə razılıq əldə olunub. Hindistan hökuməti bu krediti “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi istiqamətində tikilən yolların başa çatdırılması üçün ayırıb. İranın Hind okeanı sahilindəki Səbahar limanında da rekonstruksiya işləri aparılır. Vəsaitin bu limanın təkmilləşdirilməsinə yönəldiləcəyi şübhə doğurmur. Hindistan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tezliklə formalaşıb başa çatmasında maraqlıdır. Bu ölkənin artan iqtisadiyyatı və Avropa ilə iqtisadi əlaqələrinin inkişafı yüklərin tez və təhlükəsiz daşınması zərurətini meydana çıxarıb. Odur ki, Yüklər Hindistanın Mumbai limanından İranın Səbahar limanına buradan isə Rusiya və Avropaya daşınacağı artıq şübhə doğurmur. Yüklər Səbahardan Astara limanına oradan isə Bakı Beynəlxalq Ticarət Limanına da daşına bilər. Bakıdan isə yüklər Gürcüstan vasitəsilə Avropaya çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
19.11.2018
Lukaşenko: “Bizim münasibətlərimizdə heç vaxt qapalı mövzu olmayacaq”
19.11.2018
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
19.11.2018
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
19.11.2018
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info