Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları təlimlərə başlayıblar
Tarix: 23.01.2018 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları üçün “Azərbaycan Hökumətinin ərzaq məhsulları və yem təhlükəsizliyinə rəsmi nəzarət sahəsində institusional potensialının gücləndirilməsi” layihəsi çərçivəsində üç həftəlik təlimlərə başlanılıb. Bu barədə “Palitra”ya agentliyin Kommunikasiya və informasiya texnologiyaları şöbəsindən bildirilib. Avropa İttifaqının Bakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən təlimin məqsədi qida təhlükəsizliyi sahəsində institusional potensialın gücləndirilməsinə, qida zəncirinə nəzarət sahələrində beynəlxalq təcrübənin öyrənilməsinə yönəlib. Təlimdən əvvəl Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli layihə çərçivəsində təlim keçəcək nümayəndə heyətini qəbul edib. Daha sonra layihə rəhbəri Yan Quildinq və təlimçi Alida Mahmudova qida təhlükəsizliyi ilə bağlı təcrübələrini agentliyin əməkdaşları ilə bölüşüblər. Təlimdə agentliyin “Təftiş və dövlət nəzarəti”, “Risklərin idarə olunması”, “Sertifikatlaşdırma və qeydiyyat”, “Kommunikasiya və informasiya texnologiyaları” şöbələrinin rəhbərləri və əməkdaşları iştirak edib.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info