Bakı-Moskva marşrutu üzrə dəmiryol reyslərinin sayı artırıla bilər
Tarix: 22.05.2013 | Saat: 23:38:00 | E-mail | Çapa göndər


"Azərbaycan Dəmir Yolları" QSC Ukraynaya əsaslı təmirə göndərilmiş sərnişin vaqonlarının Bakıya qaytarılmasından sonra Bakı-Moskva üzrə hərəkət edən müvafiq vaqonların hərəkətini tamamilə bərpa etmək niyyətindədir. Bu barədə QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bildirib. Daha əvvəl Azərbaycanda sərnişin vaqonlarının əsaslı təmiri texnologiyası olmadığından QSC-nin 50 vaqonu Ukraynaya təmirə göndərilib.
Təmir üçün göndərilən 50 sərnişin vaqonundan 30-u artıq ölkəyə gətirilib, qalan 20 vaqonun isə avqustun sonuna kimi ölkəyə qaytarılması nəzərdə tutulub. N.Əzməmmədov bildirib ki, hazırda Bakı-Moskva marşrutu üzrə reyslər bazar ertəsi, çərşənbə və cümə günü olmaqla həftədə üç dəfə həyata keçirilir: "Əgər indi həftədə hər üç reys "Rusiya Dəmir Yolları"nın vaqonları ilə həyata keçirilirsə, qatarların hərəkətinin yay qrafiki qüvvəyə minəndən sonra çərşənbə günü icra olunan reys QSC-nin qatarları tərəfindən həyata keçiriləcək. Müvafiq olaraq, bu marşrut üzrə həftədə iki dəfə Rusiya, bir dəfə isə bizim vaqonlar hərəkət edəcək". Mətbuat xidməti rəhbərinin sözlərinə görə, yay mövsümündə böyük sərnişin axını olduğu təqdirdə, Bakı-Moskva marşrutu üzrə QSC-nin vaqonları tərəfindən həyata keçiriləcək dördüncü reysin işə salınması imkanı da var.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Azərbaycan nefti bahalaşıb
17.01.2019
Qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihə
17.01.2019
Energetika Nazirliyi Serbiya Prezidentinin Rusiya mətbuatına açıqlamasına münasibət bildirib
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info