DTX sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üçün müvafiqlik nişanını ödəniş əsasında hazırlayacaq
Tarix: 23.01.2018 | Saat: 19:07:00 | E-mail | Çapa göndər


Dövlət Təhlükəsizliyi Xidməti (DTX) “İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi qaydaları”nda dəyişiklik edib.
 
Bu qaydalar informasiyanı mühafizə vasitələrinin informasiya təhlükəsizliyi tələbləri üzrə sertifikatlaşdırılması qaydalarını, həmçinin informasiyanı mühafizə vasitələrinə və sertifikatlaşdırmaya dövlət nəzarəti və müfəttiş yoxlamalarının aparılması qaydalarını müəyyən edir.
 
Bundan sonra sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üçün müvafiqlik nişanının hazırlanması və çap edilməsi Sertifikatlaşdırma üzrə orqan olan DTX ilə istehsalçı arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla həyata keçiriləcək. İnformasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması fəaliyyəti ilə bağlı daxil olan vəsaitlər büdcədənkənar vəsaitlərdir və həmin daxilolmaların uçotu büdcədənkənar vəsaitlərin uçotu qaydasında aparılacaq.
 
Qeyd edək ki,  sertifikatlaşdırma informasiyanı mühafizə vasitələrinin sertifikatlaşdırılması haqqında sifarişin göndərilməsi və baxılması, sertifikatlaşdırma sınaqlarının keçirilməsi, sınaqların nəticələrinin ekspertizası, uyğunluq sertifikatının və müvafiqlik nişanının tətbiq edilməsi üçün şəhadətnamənin hazırlanması, qeydə alınması verilməsi və müvafiqlik nişanının hazırlanması, çap olunmas, məcburi sertifikatlaşdırma qaydalarına riayət olunmasına və sertifikatlaşdırılmış informasiyanı mühafizə vasitələri üzərində dövlət nəzarətinin və müfəttiş yoxlamalarının həyata keçirilməsi,  sertifikatlaşdırmanın nəticələri barədə məlumatlandırma və şikayətlərə baxılması mərhələlərindən ibarətdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib
21.02.2019
DMX tələbə və məzunlar üçün təşkil olunan “Karyera sərgisi”ndə iştirak edib
21.02.2019
Migel Silva Pinto “ASAN xidmət” mərkəzi ilə tanış olub
21.02.2019
Azərbaycan əhalisinin banklardakı pulu 8 milyard manatı ötüb
20.02.2019
Özünüməşğulluq proqramına cəlb edilənlərin “Məşğulluq” altsistemində ayrıca kabineti olacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10610

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info