Fərdi uçot sistemində qeydiyyatda olanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb
Tarix: 23.01.2018 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Ölkəmizdə sığorta-pensiya sisteminin təkmilləşməsinə və əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına yönələn islahat tədbirləri işləyən əhalinin bu sistemdə fəal iştirakını və fərdi şəxsi hesabı açılanların sayının mütəmadi artımını da stimullaşdırıb.
Bu artım tempi ötən il ərzində də davam edib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2017-ci ildə əlavə olaraq 193 188 nəfər vətəndaşa uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb ki, bu da 2016-cı illə müqayisədə 1 434 nəfər çoxdur. Hər bir sığortaolunanın Fondda uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilərək, onlara təqdim edilib.
Beləliklə, 2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 3 milyon 566 min 745 nəfərə çatıb.
Vətəndaş fərdi şəxsi hesaba malik olmaqla gələcək sosial müdafiə, o cümlədən pensiya təminatı hüquqlarının formalaşdırılması üçün bu hesabda vəsait toplamaq imkanı əldə edir. Şəxsə gələcəkdə təyin olunacaq pensiyanın məbləği də onun öz fərdi şəxsi hesabına nə qədər sosial sığorta haqqı ödəməsindən birbaşa asılı olur. Xüsusilə də ötən il aparılmış köklü islahatlar çərçivəsində vətəndaşlara fərdi hesablarına daha çox vəsait toplaya və ya hesablarında olan vəsaiti fərdi qaydada artıra bilmələri üçün əlavə imkanlar yaradılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti isə sığortaolunanlara fərdi şəxsi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.
Qeyd edək ki, sığortaolunan üçün açılan fərdi şəxsi hesab sistemdə onun bütün ömrü boyu, ölümündən sonra isə əmək pensiyası işlərinin saxlanılması qaydasında nəzərdə tutulmuş müddət ərzində mühafizə olunub saxlanılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info