Vergi borcuna görə hərraca çıxarılan əmlakın foto şəkilləri açıqlanacaq
Tarix: 22.05.2013 | Saat: 23:45:00 | E-mail | Çapa göndər


Vergilər Nazirliyi vergi borcu olan vergi ödəyicilərinin siyahıya alınmış əmlakların açıq hərraclarda satışı ilə bağlı yenilik edib. Belə ki, bundan sonra hərraclara qatılmaq istəyənlər almaq istədikləri əmlakın şəkillərini görüb onların vəziyyəti ilə tanış ola biləcəklər. Vergilər Nazirliyinin rəsmi internet saytında məhkəmə qətnamələri əsasında keçirilən hərraclarda borclu ödəyicilərinin satışa çıxarılan əmlaklarının fotoçəkilişlərin yerləşdirilməsinə başlanılıb.
Başqa sözlə, müxtəlif əmlakların hərraca çıxarılması və satışına dair elanlar artıq foto şəkillərlə birlikdə müvafiq dizaynla tərtib edilir. Nəticədə, hərracda iştirak etmək istəyən hər bir vətəndaş indi əmlakın vizual görünüşü ilə tanış olmaq imkanına malikdir. Bu, hərracda iştirak etmək istəyənlərin satılan əmlakın vəziyyəti ilə bağlı daha dəqiq məlumat almağa və hərraca çıxarılmış malların daha tez satılmasına imkan yaradacaq. Borclu vergi ödəyicilərinin hərraca çıxarılan əmlakların fotoşəkilləri Vergilər Nazirliyinin rəsmi veb-saytında «Hərraclar» adlı yeni bölmədə yerləşdirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Yalnızlıq qorxusu


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info