“Bakcell” növbəti dəfə “Socially Devoted” sertifikatına layiq görülüb
Tarix: 23.01.2018 | Saat: 21:09:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti 2017-ci ilin son rübü üzrə “Socially Devoted” sertifikatına layiq görülüb. Şirkətdən bildirilib ki, xüsusi analitik platforma vasitəsilə dünya üzrə məşhur şirkətlərin sosial şəbəkələrdəki fəaliyyətinin monitorinqi ilə məşğul olan tanınmış “Socialbakers” şirkəti Azərbaycanda fəaliyyət göstərən şirkətlərin “Facebook” şəbəkəsində 2017-ci il oktyabrın 1-dən dekabrın 31-dək olan fəaliyyətlərini nəzərdən keçirib. Həmin monitorinqin nəticələrinə əsasən, “Bakcell” şirkəti özünün rəsmi “Facebook” səhifəsinə daxil olmuş müraciətlərin 100 faizini cavablandırıb. Səhifə ötən il dörd dəfə abunəçi sorğularının cavablandırılması üzrə “Socially Devoted” sertifikatına layiq görülüb. “Bakcell”in “Facebook” səhifəsinin 400 mindən artıq istifadəçisinin olması bu nailiyyəti daha da vacib və təqdirəlayiq edir.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha effektiv şəkildə çatdırılması və müştərilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Yüksəkkeyfiyyətli xidmətin göstərilməsi və müştəri məmnuniyyəti “Bakcell” şirkətinin ümumi fəaliyyətinin prioritet istiqamətlərindəndir. Şirkətin müştəri məmnuniyyəti strategiyası dünyanın aparıcı şirkətləri və əhalinin bütün təbəqələrinin tələb və ehtiyaclarının nəzərə alınması ilə yanaşı, yerli bazarın tələblərinə əsaslanır.
“Bakcell” abunəçiləri şirkətin həftənin 7 günü 24 saat ərzində abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərən “555” Məlumat Mərkəzinə və ya sorğuların 100 faiz cavablandırılmasını təmin edən “Facebook” səhifəsinə müraciət edə bilərlər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar
14.11.2018
Monitorinq Mərkəzi ədəbi dildə norma pozuntularının aradan qaldırılması yollarını müəyyənləşdirəcək
14.11.2018
2018-ci ilin oktyabr ayı ərzində Dövlət Miqrasiya Xidmətinə 47 min 985 müraciət qeydə alınıb
14.11.2018
Xəzərdə qəfəs tipli balıq təsərrüfatlarının yaradılması üçün qanunvericilikdə dəyişikliklər edilməlidir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info