İsa Həbibbəyli: “Yeni sayt Azərbaycan dili barədə məlumatların əldə edilməsinə imkan verəcək”
Tarix: 23.01.2018 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az  saytının təqdimatı olub.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli saytın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradıldığını diqqətə çatdırıb. Saytın texniki baxımdan standartlara cavab verdiyini vurğulayan akademik deyib: “Bu işin böyük praktik əhəmiyyəti var. Alimlər, sadə vətəndaşlar sayt vasitəsilə Azərbaycan dili, dilimizin qrammatikası və s. məsələlər barədə müfəssəl məlumat əldə edə bilərlər”.
Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyətindən danışaraq qeyd edib ki, bu internet resursu Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. O deyib: “Azərbaycan Xalq Cümhuriyyəti və müstəqillik dövrlərində dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar saytda yer alıb. Gələcəkdə sayt daim yenilənəcək”.
Saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri var. Burada, həmçinin Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları yer alıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Naxçıvanlı məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Bakıya gəliblər
22.03.2019
İtaliyanın “Agenzia Nova” saytı Novruz bayramının adət-ənənələrindən yazır
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info