Azərbaycan hər zaman Beynəlxalq Hərbi İdman Şurasına böyük dəstək verir
Tarix: 23.01.2018 | Saat: 21:13:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Beynəlxalq Hərbi İdman Şurasının (CISM) prezidenti polkovnik Abdulhakim Mohamed İsa Alşanunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də ölkəmizin böyük nailiyyətlər qazandığını deyən Müdafiə naziri vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səyləri nəticəsində bu gün Azərbaycan dünyada idman dövləti kimi tanınır. Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və ölkənin ictimai həyatında mühüm rol oynayır. Son illərdə təkcə Bakıda deyil, respublikamızın bütün bölgələrində də idman kompleksləri tikilib.
Ölkəmizin təkcə idman sahəsindəki uğurları ilə deyil, həm də mühüm beynəlxalq yarışların təşkilində nailiyyətləri ilə dünyada tanındığını deyən nazir qeyd edib ki, bir sıra mötəbər beynəlxalq idman qurumları dünya səviyyəli yarışların Azərbaycanda keçirilməsinə tərəddüdsüz razılıq verirlər. Artıq Azərbaycanda keçirilən beynəlxalq idman yarışları silsilə xarakter daşıyır.
Ölkəmizin CISM ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayan müdafiə naziri nümayəndə heyətinin bu səfərinin orduda idmanın inkişafına mühüm təkan verəcəyinə əminliyini bildirib.
CISM-in prezidenti, öz növbəsində, bu gün Azərbaycanın dünyada həm də idman dövləti kimi tanındığını xüsusi qeyd edib. Azərbaycanın hər zaman CISM-ə böyük dəstək verdiyini vurğulayan qonaq bildirib: “Biz əminik ki, Azərbaycan ilə Şura arasında olan səmimi münasibətlər bundan sonra da davam edəcək”.
Müxtəlif illərdə Azərbaycanda hərbçilər arasında idmanın bir çox növləri üzrə 4 dəfə dünya çempionatlarının keçirildiyini xatırladan CISM prezidenti ölkəmizin bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanın müvafiq qurumları ilə CISM arasında əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sonda Beynəlxalq Hərbi İdman Şurası tərəfindən təsis edilmiş “Ali zabit” medalı müdafiə naziri, general-polkovnik Zakir Həsənova, “Zabit” medalı isə müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkova təqdim edilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info