Türkiyədə təhsil almış azərbaycanlı məzunlardan “Zeytun budağı”na DƏSTƏK
Tarix: 23.01.2018 | Saat: 21:37:00 | E-mail | Çapa göndər


Bu gün “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi mətbuat konfransı keçirib . Konfransı giriş sözü ilə açan birliyin rəhbəri Çingiz Bayramov media nümayəndələrini salamlayıb. Tədbir Türkiyənin həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı ilə bağlı olub.
Çingiz Bayramov bildirib ki, İctimai Birlik olaraq Türkiyənin Afrin bölgəsində keçirdiyi əməliyyatı dəstəkləyir: “Bütün dünya Türkiyənin bu məsələdə haqlı mövqeyini dəstəkləyir. Türkiyə öz təhlükəsizliyinə olan təhdidin qarşısını almaq, habelə gələcəkdə mümkün terror aktlarını qabaqlamaq, bölgə xalqlarını və öz əhalisini təhlükələrdən qorumaq üçün Afrin əməliyyatına başlamaq məcburiyyətində qaldı. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi “sonuncu terrorçu məhv edilənə qədər mübarizə davam edəcəkdir” fikrinin tezliklə həyata keçəcəyinə dərin inam hissimiz var”.
TUMİB sədri qeyd edib ki, bu gün Türkiyə dünyanın ən demokratik, ən tolerant dövlətlərindən biridir. Burada ermənilər çox rahat, firavan həyat yaşayırlar. Onlar burada vəzifələrə seçilir, hətta utanmadan qondarma soyqırımı iddialarından da əl çəkmirlər. Kürdlər də eynilə bütün Türkiyə vətəndaşları ilə bərabər hüquqlara malikdir. Türkiyənin Azərbaycanla münasibətləri də yüksək səviyyədə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə prezidenti Tayyib Ərdoğanın qardaşlıq münasibətləri Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" kəlamına uyğun şəkildə davam edir və bundan sonra da edəcəkdir.
Tədbirdə çıxış edən siyasi-şərhçi Nəzakət Məmmədova də Türkiyənin mövqeyini dəstəklədiyini deyib: “Türkiyənin bu əməliyyatı beynəlxalq çərçivədə tam qanunidir. Türkiyəni bu əməliyyatı qınayanların fəaliyyətinə nəzər salsaq, görərik ki, həmin dövlətlər özləri dəfələrlə bu kimi əməliyyatlar keçirib. İsrailin Marmara əməliyyatı buna ən bariz nümunədir. Böyük dövlətlərin hər biri öz təhlükəsizliyinə potensial təhdid gördüyü ölkələrin ərazisinə müdaxilə edib. Türkiyənin bu əməliyyatı da tam olaraq doğru və zamanında atılan addımdır.
Bu əməliyyat Türkiyə və Suriya sərhədində terror zolağı yaratmağa cəhdin qarşısını almağa hesablanıb. Türkiyə Afrin əməliyyatı ilə bu təhlükənin qarşısını aldı. Türkiyənin bu fəaliyyəti həm də Suriyanın bütövlüyü üçün vacibdir və gələcəkdə bu problemin dialoq şəklində həll olunmasına zəmin yaradır. Regionda sabitliyin bərpa olunması, Türkiyə sərhədlərinin təhlükəsizliyi baxımından Afrin əməliyyatı tam doğru və zamanında atılan addımdır”.
Tədbirin sonunda "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin Türk Silahlı Qüvvələrinin Afrində həyata keçirdiyi antiterror əməliyyatları ilə bağlı bəyanatı oxundu.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info