“Epress”: “Ermənistan ordusunda qeyri-döyüş şəraitində 300-ə yaxın hərbçi ölüb”
Tarix: 23.01.2018 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


“8 illik dönəm ərzində Ermənistan ordusunun itkisi 531 nəfər olub: bunlardan 56-sı qətl, 69-u intihar, 90-ı bədbəxt hadisə, 39-u səhhətində olan problemlər, 16-sı təhlükəsizlik qaydalarının pozulması, 9-u səhlənkarlıq və rəhbərliyin fəaliyyətsizliyinə görə qeydə alınan ölüm faktlarıdır”

İşğalçı Ermənistan ordusundakı ağır vəziyyətlə bağlı dəfələrlə informasiyalar yayılıb. Fərqli mənbələrdən yayılan həmin xəbərlərdə Ermənistan ordusunda nizam-intizamın çox bərbad vəziyyətdə olması, “dedeovşina” halları, zabitlərin əsgərlərə qarşı münasibəti, döyüş qabiliyyəti və mənəvi-psixoloji durumun çox aşağı səviyyədə olması qeyd edilir.
Belə məsələdə həmişə qapalı olmağa çalışan Ermənistan mətbuatı belə, bəzi hallarda ağır durumu gizlətməkdə çətinlik çəkir. Elə “Epress” internet resursunda yayılan məlumat da bunu təsdiqləyir. Erməni mənbə bildirir ki, 2010-2017-ci illər arasında atəşkəs rejiminin pozulması nəticəsində 235 erməni hərbçisi həlak olub. 295 əsgərin ölümü isə qeyri-döyüş şəraitində olub. Sayt yazır ki, təxminən 300 nəfərə yaxın qeyri-döyüş ölümü hərbi hissələrdə nizam-intizamın aşağı olması, cəzasızlıq atmosferi, özbaşınalığın yaratdığı qətllər və intiharlar, eləcə də xəstə gənclərin orduya çağırılması ilə bağlıdır. Sayt bu informasiyanı “Sülh dialoqu” təşkilatının hesabatına istinadən yayıb. 8 illik dönəm ərzində Ermənistan ordusunun itkisinin 531 nəfər olduğu qeyd edilir. “Epress” yazır: “2010-2017-ci illərdə orduda 56 qətl, 69 intihar, bədbəxt hadisə nəticəsində 90, səhhətində olan problemlərə görə 39, təhlükəsizlik qaydalarının pozulmasına görə 16, səhlənkarlıq və rəhbərliyin fəaliyyətsizliyinə görə 9 ölüm faktı qeydə alınıb. Təşkilatın ekspertləri hələ də 17 erməni əsgərinin ölüm səbəbini müəyyən edə bilməyib. 235 hərbi qulluqçu isə atəşkəs rejiminin pozulması nəticəsində öldürülüb. Belə görünür ki, son illərdə qətllərin, intiharların, məsuliyyətsizlik və bədbəxt hadisə nəticəsində ölənlərin sayında artım müşahidə edilir. Hərbi xidmət dövründə, xüsusi qeyri-döyüş şəraitində bu qədər ölüm faktının olması Ermənistanın rəsmi strukturlarını ciddi şəkildə narahat etməli və bu sahədə iş aparılmalıdır. Güman etmək olardı ki, rəsmi strukturlar qeyri-döyüş şəraitində ölüm hallarının sayının azalmasını prioritet elan edəcək. Amma biz bunun şahidi olmuruq. 2017-2019-cu illəri əhatə edən insan haqları ilə bağlı milli strategiyada bu məsələ ilə bağlı heç nə yoxdur. Ən pisi odur ki, ötən il elan edilən “Millət-ordu” konsepsiyası və onun əsasında hazırlanan “Hərbi xidmət və hərbi qulluqçuların statusu” ilə bağlı qanun layihəsində də bu məsələyə toxunulmayıb.

“Forrights.am”:
“Edqar Akopyan Əsgəranda olan hərbi hissədəki qeyri-insani şərtlərdən bezib. Həmin hərbi hissədə şərtlər o qədər ağırdır ki, Akopyanın böyrəklərində xidmətin elə ilk aylarında ciddi problemlər yaranıb”
“Forrights.am” saytı isə yazır ki, müqavilə ilə Ermənistan ordusunda xidmət edən Edqar Akopyan müqaviləni pozmaq və ordudan uzaqlaşmaq üçün nə qədər cəhd etsə də, buna nail ola bilmir. Sayt yazır ki, onun müraciətləri hər dəfə təhqirlərlə qarşılanıb. İşğal altındakı torpaqlarımızda, Əsgəranda xidmət edən Akopyan bir müddət sonra müqavilənin ləğvini tələb edib. Səbəbini saytın yazdıqlarından öyrənək: “Akopyan Qarabağdakı rəhbərlikdən müqavilənin pozulmasını istəyib. O, Əsgəranda olan hərbi hissədəki qeyri-insani şərtlərdən bezib. Həmin hərbi hissədə şərtlər o qədər ağırdır ki, Akopyanın böyrəklərində xidmətin elə ilk aylarında ciddi problemlər yaranıb. Buna görə də hərbi hissə rəhbərliyinə məktubla müraciət edərək müqaviləsinin ləğvini istəyib. O, belə vəziyyətdə xidmətini davam etdirə bilməz. Amma hərbi hissə rəhbərliyi onu təhqir edərək döyüş mövqeyinə göndərib və məhkəmə ilə hədələyib. Hərbi qulluqçu özbaşına hərbi hissəni tərk edib. Hərbi polis və istintaqı aparan orqanın rəhbəri tərəfindən dəfələrlə döyülüb. Faktiki olaraq Akopyan hərbi hissədə məhkəməsiz cəzalanıb, ona məhkəmə hökmü olmadan divan tutulur. Hərbi hissə rəhbərliyi hərbçiyə divan tutulmasını təkzib etsə də, onun bir neçə dəfə hərbi hissəni özbaşına tərk etdiyini, döyüş mövqeyində olmadığını israr edir. Amma onlar hərbi qulluqçunun səhhətində problem olması və bunu dəfələrlə məktubla bildirməsini yada salmırlar... Amma sonradan bəlli olub ki, sən demə, onu 17 yanvar tarixində ordudan tərxis ediblər. Deməli, Edqar hərbi hissəni özbaşına tərk edərək İrəvana gəldiyi və bunun üçün cəzalandığı vaxt orduda xidmətdən azad imiş. Artıq bununla bağlı prokurorluğa müraciət olunub”.
Anar Miriyev






 
Bölməyə aid digər xəbərlər
17.09.2018
“Sabah.com.tr”:“İşğalçılar sərhədlərimizi açmamızı gözləməsinlər”
14.09.2018
“ArmenianReport”: “Ermənistan əks-inqilab təhlükəsi ilə üz-üzədir”
11.09.2018
“Dinin tələb etmədiyi bəzi ifrat hərəkətlər uşaqlarda psixoloji zədələr yaradır”
07.09.2018
«ArmenianReport»: «Rusiya bizim daxili işlərimizə qarışmamalıdır»
01.09.2018
Azərbaycan və Rusiya arasında 15 sənəd imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info