Rusiya C-400-ləri Asiyaya “ayaq açır”
Tarix: 23.01.2018 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


“Times of India”:
“Dehli ilə Moskva beş C-400 kompleksinin alınması ilə bağlı danışıqların son mərhələsindədir. Sövdələşmənin məbləği 5,5 milyard dollardır”

Moskva Yaxın Şərq və Cənub-Şərqi Asiyadakı bir sıra dövlətlərə C-400 zenit-raket sistemlərinin satışı ilə bağlı danışıqlar aparır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu Vyetnama etdiyi işgüzar səfər zamanı C-400 sistemlərinin satışını da müzakirə edib. Nazir bu sistemin unikallığının açıq təsdiqi kimi NATO-ya üzv olan Türkiyənin belə, C-400 kompleksi ilə təmin edilməsi ilə bağlı müqavilə imzalandığını söyləyib.
O, həmçinin Rusiya silahlarını əldə etmək üçün dünyanın bir çox ölkəsindən olan xarici həmkarları ilə təkbətək görüş və ya çoxtərəfli danışıqlar zamanı müzakirələr aparıldığını deyib: “Bu gün C-400-ün əldə ediməsi ilə bağlı xüsusən də Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri tərəfindən böyük maraq var. Hazırda bəzi ölkələrlə konkret danışıqlar aparılırır”. NATO üzvü olan Türkiyəyə iki kompleks C-400-ün satışı ilə bağlı razılaşma imzalandığını xatırladan rusiyalı nazir onu da deyib ki, hazırda Suriya ərazisində də 2 kompleks raket sistemi sutkalıq rejimdə döyüş xidmətindədir: “Bütün bunlar göstərir ki, C-400 dünya səviyyəli yüksək taktiki və texniki xüsusiyyətlərə malik unikal kompleksdir”. Qeyd edilməlidir ki, Türkiyə Rusiyanın C-400 sistemi ilə təchiz olunan ikinci NATO ölkəsi olacaq. Belə ki, indiyə qədər NATO üzvü kimi yalnız Yunanıstan Rusiya ilə hərbi-texniki əməkdaşlıq əlaqələri qurmuşdu. Yunanıstan silahlı qüvvələrinin arsenalında Rusiyanın C-300 sistemləri də var. Onu da qeyd edək ki, Cənub-Şərqi Asiyaya səfəri zamanı Şoyqu tərəfdaş ölkələrlə Suriyada terrorçularla qarşı mübarizə və orada tətəbiq edilən silahlardan istifadə təcrübəsini bölüşməyə hazır olduqlarını da bildirib. Veytnamda həmkarı ilə görüşən Şoyqu Hanoyu Moskvanın köhnə ortağı kimi dəyərlədirərək rusiyalı mütəxəssislərin vyetnamlı həmkarlarıı ilə məsləhətləşməyə hazır olduqlarını da nəzərə çatdırıb. Bu arada Hindistanın “Times of India” nəşri məlumat yayıb ki, Dehli ilə Moskva beş C-400 kompleksinin alınması ilə bağlı müqavilə üzrə danışıqların son mərhələsinə daxil olub. Sövdələşmənin məbləği 5,5 milyard dollardır. Nəşr müqavilənin bir il ərzində imzalanacağını da bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
100 mühafizəkar Tereza Meyi Brexiti təxirə salmağa məcbur etmək istəyir
22.02.2019
Ukraynada modernləşdirilmiş raket sistemləri uğurla sınaqdan keçirilib
22.02.2019
Pompeo: “Huawei“dən istifadə edən heç bir ölkə ilə əməkdaşlıq etməyəcəyik“
22.02.2019
Hindistanda donuz qripi sürətlə yayılır
22.02.2019
ABŞ-da yeni qırıcı təyyarə təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info