Azərbaycan “Dünyanın ən yaxşı ölkələri“ siyahısında 5 pillə irəliləyib
Tarix: 24.01.2018 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Müxtəlif beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanla bağlı təqdim edilən hesabatlar ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurların göstəricisidir. Ötən il Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatları yüksək qiymətləndirmişdi.
BVF işçi heyətinin 2017-ci il üzrə IV Maddə Məsləhətləşmələri çərçivəsində ölkəmizə səfərinin yekunlarına dair Fondun yaydığı məlumatda qeyd edilirdi ki, Azərbaycanda yaxın gələcək üzrə iqtisadi artım perspektivi müsbətdir. 2018-ci ildə dövlət investisiya xərclərinin və sosial xərclərin artdığı şəraitdə qeyri-neft sektorunun 4% yüksəlməsi gözlənilir.Ümumiyyətlə, 2018-ci il üzrə iqtisadi artım 2% səviyyəsində proqnozlaşdırılır, ortamüddətli dövr ərzində isə qaz yataqlarının işlənməsinə başlandıqdan sonra 3.5-4% arasında olması planlaşdırılır. Baza ilinin təsirləri tükəndikcə inflyasiya dərəcəsi 2018-ci ildə 7%-dək, sonra isə tədricən daha aşağı düşəcək. Beynəlxalq Valyuta Fondunun missiyasına rəhbərlik edən Məhəmməd əl-Qorçi bu səfərin yekunu ilə bağlı bildirmişdi ki, fəal makroiqtisadi siyasət və daha üstün neft qiymətləri sayəsində Azərbaycan iqtisadiyyatı 2017-ci ildə stabilləşdi. Qeyri-neft iqtisadiyyatı, əsasən, xidmət və kənd təsərrüfatı sektorlarının canlanması nəticəsində artmağa başladı. Daha yüksək neft qiymətləri, qeyri-neft ixracının yaxşılaşması və idxalın daralması, həmçinin cari hesabın profisitini bərpa etdi.Azərbaycan “Forbes” jurnalı tərəfindən tərtib olunan “Biznes üçün ən yaxşı ölkələr-2018” adlı reytinqdə isə 70-ci yeri tutmuşdu. 2017-ci il üçün tərtib olunan reytinqdə Azərbaycan 64-cü yerdə qərarlaşdı. Reytinq 153 ölkəni əhatə edib. Tərtibat zamanı 15 meyar nəzərə alınıb ki, onların arasında innovasiyalar, özəl mülkiyyət, infrastruktur, vergi sistemi və s. qeyd edilib.
Bu günlərdə isə Azərbaycan Dünya İqtisadi Forumunun illik “İnklüziv inkişaf indeksi - 2018” hesabatında inkişaf etməkdə olan ölkələr arasında üçüncü yeri tutub. Ümumi daxili məhsula alternativ qismində hazırlanmış “İnklüziv inkişaf indeksi” insanların öz ölkələrində iqtisadi inkişafı dəyərləndirmə meyarlarını daha dəqiq əks etdirir. Qeyd edək ki, carihesabatdaAzərbaycan 7 mümkün baldan 4,69 baltoplayıb. Hesabata əsasən, inkişaf etməkdə olan ölkələr indeksində Litva, Macarıstan, Azərbaycan, inkişaf etmiş ölkələrin deksindəisə Norveç, İslandiya və Lüksemburq liderlik edir. Bundan başqa, ABŞ-ın "U.S. News&WorldReport" jurnalı 2018-ci il üçün "Dünyanın ən yaxşı ölkələri"nin siyahısını tərtib edib. Azərbaycan siyahıda 64-cü yerdə qərarlaşıb.Ötən il reytinqdə 69-cu olmuş Azərbaycan bu göstərici ilə 5 pillə irəliləyib. Siyahıya İsveçrə başçılıq edir. Növbəti yerləri Kanada, Almaniya, Böyük Britaniya və Yaponiya tutur. ABŞ 2017-ci ilə nisbətən bir pillə geriləyərək 8-ci olub. Türkiyə ötən il olduğu kimi, bu il də siyahıda 36-cı sıradadır. Postsovet ölkələrindən Rusiya siyahıda 26-cı, Latviya 59-cu, Ukrayna 69-cu, Qazaxıstan 70-ci, Belarus isə 72-cidir.Digər postsovet ölkələri, o cümlədən Gürcüstan və Ermənistan 80 ölkənin yer aldığı siyahıya düşə bilməyib.

BVF qlobal artım proqnozunu 3,9 faizə çatdırıb
BVF Dünya İqtisadi Görünüş Hesabatını “Güclənən gözləntilər, optimist bazarlar, gələcək çağırışlar” başlığı ilə yeniləyib. Davosİqtisadi Forumu çərçivəsində bu il ilk dəfə ictimaiyyətə təqdim edilən hesabata görə, güclənən qlobal artım 2017-ci ildə 3,7 faiz yüksələrək əvvəlki illə müqayisədə 0,5 faiz sürətlənib. Sürətlənmiş artım Avropa və Asiya ölkələrindəki müsbət sürprizlər və ABŞ-da yeni vergi rejimini əks etdirir. BVF-nin 2018-2019-cu illər üçün qlobal artım gözləntisi 0,2 bal artırılaraq 3,9 faizə çatdırılıb. İnkişaf etmiş ölkələr üçün artım tempini bu il üçün 2 faizdən 2,3 faizə və gələn il üçün 1,8 faizdən 2,2 faizə qədər yüksəldən BMF bu qrupda yer alan ABŞ, Almaniya, İtaliya, Kanada və Yaponiya ilə bağlı proqnozları yeniləyib. Hesabata görə, BVF-nin artan bazarlar və inkişaf etməkdə olan iqtisadiyyatlarla bağlı builki artım proqnozunun 4,9 və gələn il üçün isə 5 faiz olacağı qeyd edilir. Çin, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı və Nigeriya üçün proqnozlar müsbət yönlü, Cənubi Afrika və Sakit Okean ölkələri üçün proqnozlar aşağı istiqamətdə müəyyənləşdirilib.

Aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur
İstər beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, istərsə də dünyanın tanınmış mətbuatında yer alan məruzələrdə Azərbaycanın yüksək nəticələrinin qeyd edilməsi heç də təsadüfi deyil. Ölkədə əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət bunu deməyə əsas verir. Belə ki, yerlərdə qeyri-neft sektorunun inkişafı istiqamətində reallaşdırılan tədbirlər nəticəsində artıq bir sıra yeni zavod və fabriklər fəaliyyətə başlayıb ki, bu da əhalinin məşğulluğunun təminatında mühüm rol oynayır. Kənd təsərrüfatının inkişafı ilə bağlı görülən işlər sırasında 13 aqroparkın yaradılması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 98 milyon manat həcmində vəsait ayrılıb. Ölkədə 26 rayon üzrə 37 aqroparkın yaradılması təşviq olunur. Bunların 23-ü iri bitkiçilik təsərrüfatı, 14-ü isə heyvandarlıq kompleksidir. Bu aqroparklarda 10 min yeni iş yerinin açılması nəzərdə tutulur. Belə aqroparklar sırasında Xaçmaz rayonunda “Yalama Aqropark”ı və Şəmkir rayonunda “Şəmkir Aqropark”ını göstərmək olar. Görülən işlər nəticəsində yüksək texnologiyalara əsaslanan və rəqabətqabliyyətli məhsul istehsal edən müəssisələr açılıb, yerli tələbatın ödənilməsi ilə yanaşı, bir sıra istiqamətlər üzrə ixrac potensialı güclənib. Ölkədə sənaye zonalarının yaradılması istiqamətində də mühüm addımlar atılır. Artıq Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında da oxşar zonalar yaradılır. Bu il Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı nəzərdə tutulur. Bu gün ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər davam edir ki, bu da əhalinin həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir, nəticədə isə ölkəmiz beynəlxalq qurumların hesabatlarında daha da yüksəlməyə imkan verəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info