Tramp hökumətin işini iki həftə uzadıb
Tarix: 24.01.2018 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


ABŞ Konqresinin Nümayəndələr Palatası fevralın 8-dək hökumətin maliyyələşdirilməsinin davamına səs verib. “RİA Novosti”nin verdiyi xəbərə görə, müvafiq qətnamənin lehinə 266, əleyhinə isə 150 Palata üzvü səs verib. Bundan əvvəl ABŞ Senatı müvəqqəti büdcənin lehinə səs verib. Qanun layihəsi Nümayəndələr Palatası və Senatda qəbul edildikdən sonra imzalanmaq üçün prezident D.Trampa göndərilib. ABŞ prezidenti Donald Tramp hökumətin maliyyələşdirilməsini nəzərdə tutan müvəqqəti büdcə haqqında qanunu imzalayıb. Bu barədə Ağ Evin məlumatında deyilir. Beləliklə, federal hökumət üç günlük fasilədən sonra fəaliyyətini bərpa edə biləcək. Sənəd fevralın 8-ə qədər qüvvədə qalacaq. Bu, 2017-ci ilin oktyabrından etibarən qəbul edilən sayca 4-cü müvəqqəti büdcədir. Buna Konqresdə Respublikaçılar və Demokratlar arasında xüsusən immiqrasiya ilə bağlı məsələlərə dair fikir ayrılığı səbəb olub. Yanvarın 19-da ABŞ Konqresində 2018-ci il üçün büdcə qəbul olunmayıb. Federal hökumət şənbə günündən etibarən bir sıra funksiyaların yerinə yetirilməsini dayandırıb. ABŞ azsaylı ölkələrdən biridir ki, hökumət büdcə olmadan tam fəaliyyət göstərə bilmir.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info