Astarada logistik mərkəz yaradılacaq
Tarix: 24.01.2018 | Saat: 12:35:00 | E-mail | Çapa göndər



Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin reallaşmasında fəal iştirak edir. Astara rayonunun ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələri və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşməsinə şərait yaradacaq. Eyni zamanda, Avropa-Cənubi Asiya-Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər yanvarın 23-də Astara Rayon İcra Hakimiyyəti başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ilin yekunlarına həsr edilmiş hesabat yığıncağına səsləndirilib.
Yığıncaqda şəhər ərazi icra nümayəndəsi Şahverən Cavadovun məruzəsi dinlənilib.
Ötən il Astara şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri nəticəsində şəhərin simasının nəzərəçarpacaq dərəcədə dəyişdiyi vurğulayan Ş.Cavadov görülən işlərin əhalinin rahatlığına, yaşayış tərzinin yaxşılaşdırılmasına xidmət etdiyini bildirib.
Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinin genişləndirilməsi istiqamətində xeyli iş görülüb, layihəyə əsasən nəzərdə tutulan tikinti işləri ardıcıl həyata keçirilir. Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluqda qala divarlarının, 52 metr hündürlükdə olan Bayraq meydanının tikintisi davam edir. Ərazidə, həmçinin fəvvarə, şəlalə, fitnes və uşaq əyləncə meydançaları, ictimai-iaşə müəssisələri tikiləcək.
Hesabat ilində Xanbulançay dəryaçasından Astara şəhərinə içməli su xəttinin çəkilməsi, şəhərin mənzil fonduna daxil olan ictimai yaşayış binalarında təmir-tikinti işlərinin aparılması istiqamətində işlər davam etdirilib.
Yığıncaqda Astara şəhər bələdiyyəsinin sədri Aygül Məmmədova, şəhər 3 nömrəli tam orta məktəbin direktoru Adil Rzayev, Astara Rayon Ağsaqqallar Şurasının sədri Hamlet Əliyev, rayon Veteranlar Şurasının sədri Rafiq Əliyev, şəhid anası Elmira Səfərova, Əməkdar Müəllim Heybət Hüseynov, YAP Astara rayon təşkilatının Gənclər Birliyinin sədr müavini Kəmalə Nəsirova və başqaları çıxış edərək ötən il şəhərdə görülən işlərdən danışıb, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.
Hesabat yığıncağında çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, dünyanı bürüyən maliyyə böhranı şəraitində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatı 2017-ci ildə də uğurla inkişaf edib. Əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib, əmin-amanlıq və sabitlik təmin olunub. Bu inkişafın, əmin-amanlığın, sabitliyin mənbəyi Azərbaycan xalqı, onun iradəsi, xalqla iqtidarın sarsılmaz birliyi və dövlətimizin başçısının həyata keçirdiyi uğurlu siyasətdir.
Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevrildiyini vurğulayan Q.Ağayev ölkəmizin “Şimal-Cənub” nəqliyyat dəhlizinin icrası istiqamətində öhdəsinə düşən bütün işləri uğurla yerinə yetirdiyini diqqətə çatdırıb.
Astara rayonunun ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı Azərbaycandan İrana yeni dəmir yolunun çəkilməsi ilə əlaqədar dəmir yolunun Xəzər dənizi sahili boyu xəttinin başqa əraziyə köçürüləcəyini vurğulayan icra hakimiyyətinin başçısı Astarada logistik mərkəzin, dəmir yolunun keçdiyi ərazidə isə böyük ticarət obyektlərinin tikiləcəyini bildirib.
Yığıncaqda qeyd olunub ki, Ələt-Astara beynəlxalq avtomobil yolunun başa çatdırılması ilə Astaradan Bakıya olan məsafə 40 kilometr qısalacaq. Lənkəran Beynəlxalq Hava Limanından Astaraya bir saata qədər vaxt sərf olunduğu halda, yeni avtomobil yolu ilə 15 dəqiqəyə gəlmək imkanı yaranacaq. Bütün bunlar isə böyük turizm imkanlarına malik Astaraya xarici turistlərin axınına səbəb olacaq.




 
Bölməyə aid digər xəbərlər
19.08.2019
Qusarda 46 km-lik avtomobil yolu yenidən qurulur
19.08.2019
Sərhəd Mühafizəsinin yaradılmasının 100 illiyinə həsr olunmuş yarışda Masallı güləşçisi gümüş medal qazanıb
19.08.2019
Masallı rayonunun Türkoba ərazisində səyyar görüş-qəbulu
18.08.2019
Kəlbəcərlilər 577 hektar sahədə əkin aparıb
18.08.2019
Abşeron rayonunda sənaye məhsulunun həcmi 54 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10861

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
5 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info