Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib
Tarix: 24.01.2018 | Saat: 13:57:00 | E-mail | Çapa göndər


Yanvarın 23-də Davosda “Bakı Ekspo 2025”in təqdimat mərasimi keçirilib. Dünya İqtisadi Forumunun keçirildiyi bu şəhərin müxtəlif guşələri “Bakı Ekspo 2025”ə həsr olunan poster və banerlərlə bəzədilmişdi.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, “Bakı Ekspo 2025”in Davosda keçirilən təqdimat mərasimi videoproyeksiyanın nümayişi ilə başladı.
Sonra “Bakı Ekspo 2025”in işçi qrupunun rəhbəri Elçin Əmirbəyov çıxış edərək bildirdi ki, Ümumdünya Sərgisi də Dünya İqtisadi Forumu kimi fikirləri bölüşmək üçün dünyanı bir araya gətirən vacib platformadır. “İnsan kapitalının inkişafı insanlara texnoloji və fərdi keyfiyyətləri yaxşılaşdırmaq imkanı verir”, - deyən işçi qrupunun rəhbəri vurğuladı ki, Azərbaycan Asiya ilə Avropa arasında körpüdür və qədim tarixə, zəngin mədəniyyətə malik ölkəmizdə son illərdə bir sıra dünya əhəmiyyətli tədbirlər keçirilib. Azərbaycan beynəlxalq mədəniyyət və idman tədbirlərinə uğurla ev sahibliyi edib. Bu baxımdan “Ekspo 2025”in Bakıda keçirilməsi üçün hər cür şərait və infrastruktur var.
Daha sonra “Bakı Ekspo 2025”in təqdimatına həsr olunan film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti və ev sahibliyi etdiyi tədbirlər barədə geniş məlumat verildi.
Təqdimat mərasimi böyük maraqla qarşılandı.
Xatırladaq ki, Azərbaycan milli pavilyonla ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin “Milan Ekspo 2015”dəki pavilyonunu sərgi günlərində ziyarət edən insanların sayı 3 milyondan çox olub. Türkiyədə təşkil olunan “Antalya Ekspo 2016” Beynəlxalq Botanika Sərgisində də Azərbaycanın milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən “Ekspo 2017” Beynəlxalq Sərgisində isə ölkəmiz “Enerji yurdu - keçmişdən gələcəyə daşınan enerji” konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub.
Azərbaycan “Bakı Ekspo 2025” sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” olacaq.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info