Azərbaycan İstanbulda turizm sərgisində təmsil olunacaq
Tarix: 24.01.2018 | Saat: 16:05:00 | E-mail | Çapa göndər


Yanvarın 25-dən 28-dək Türkiyənin İstanbul şəhərində “EMİTT 2018” (The East Mediterranean İnternational Travel and Tourism - Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisi) turizm sərgisi keçiriləcək. Ölkəmizi sərgidə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Nazirlikdən bildirilib ki, ölkəmizdən sərgiyə 20-yə yaxın turizm şirkəti və mehmanxana qatılacaq. Respublikamızın turizm imkanları Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 70 kvadratmetr sahədə qurulan milli stenddə nümayiş olunacaq. Stendimizdə monitorlar vasitəsilə Azərbaycanın tarixi, mədəniyyəti və müasir inkişafından bəhs edən tanıtım filmləri göstəriləcək, ziyarətçilərə reklam-çap məhsulları paylanılaraq, ölkəmizin turizm imkanları haqqında ətraflı məlumat veriləcək. Sərgi çərçivəsində işgüzar görüşlərin keçirilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, 1997-ci ildən etibarən hər il keçirilən EMİTT sərgisi dünyanın beş ən böyük turizm sərgisindən biri hesab olunur. Bu il 21-ci dəfə təşkil olunacaq sərgidə 80-dən çox ölkənin iştirak edəcəyi gözlənilir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Fondun təşkilatçılığı ilə KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21.02.2019
DİN polis orqanlarında 150 vəzifəyə qəbulla əlaqədar müsabiqə elan edib
21.02.2019
Rusiyalı bloqqerlər Azərbaycanda qış mövsümü haqqında film çəkiblər
21.02.2019
Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
21.02.2019
Dini liderlər Xocalı ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info