“Bu il əlaqələri inkişaf etdirmək üçün böyük planlar var“
Tarix: 24.01.2018 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


"Türkmənistan və Azərbaycan arasında əlaqələr bütün sahələrdə çox yüksək səviyyədədir və bu əlaqələr güclənməkdə davam edir".
 
Bu sözləri keçirdiyi mətbuat konfransında Türkmənistanın Azərbaycandakı səfiri Məkan İmankuliyev deyib. O bildirib ki, Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammedovun Azərbaycana səfəri və imzalanan sənədlər paketi bu əlaqələrin daha da inkişafı üçün böyük stimul olub: "Bu il üçün əlaqələri inkişaf etdirmək üçün böyük plan və perspektivlər var. Əlaqələrimizdə müsbət dinamika hiss olunur".
 
Səfir ötən il imzalanan Lapis Lazuri layihəsi barədə də danışaraq qeyd edib ki, layihə ilə bağlı tərəflər arasında ümumi razılaşma, istək var: "Qalanı zaman məsələsidir. Düşünürəm ki bu layihə yaxın gələcəkdə reallaşacaq".

M. İmankuliyev ölkəsinin nəqliyyat sahəsinin inkişafına böyük önəm verdiyini vurğulayaraq ötən il dekabrın 20-də Türkmənistanın təşəbbüsü ilə BMT Baş Assambleyasında "Dayanıqlı inkişaf sahəsində məqsədlərə çatılması üçün nəqliyyatın bütün növləri arasında əlaqələrin möhkəmlənməsi" haqqında qətnamənin qəbul edildiyini söyləyib. Onun sözlərinə görə, bu sahədə böyük potensiala malik Türkmənistan bir sıra nəhəng regional və beynəlxalq layihələrin təşəbbüskarı qismində çıxış edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info