Ukrayna ilə sərhəd təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib
Tarix: 24.01.2018 | Saat: 17:58:00 | E-mail | Çapa göndər


Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin başçılıq etdiyi nümayəndə heyəti Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin rəisi, general-leytenant Petro Siqikalın dəvəti ilə yanvarın 22-24-də Ukraynada səfərdə olub.
Səfər çərçivəsində Azərbaycanın və Ukraynanın dövlət sərhədlərində mövcud əməliyyat şəraiti və onun inkişaf meyilləri, sərhəd təhlükəsizliyinin təmin edilməsi, dövlət sərhədinin etibarlı mühafizəsinin təşkili üzrə həyata keçirilən fəaliyyətlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan tərəflər sərhəd qurumları arasında transsərhəd cinayətkarlığın təzahürləri ilə mübarizə, sərhəd nəzarətinin təşkili, riskin təhlili və qarşılıqlı maraq kəsb edən digər istiqamətlər üzrə təcrübə mübadiləsinin aparılmasına və əməkdaşlığın inkişaf etdirilməsinə dair müzakirələr aparıblar.
Səfər zamanı Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndə heyətlərinin işçi görüşünün Protokolu imzalanıb.
Azərbaycan nümayəndə heyəti Ukraynanın Dövlət Sərhəd Mühafizə Xidmətinin aidiyyəti strukturları, o cümlədən şəxsi heyətin hazırlanması, xidməti fəaliyyətin idarəedilməsi mərkəzləri və digər bölmələrinin fəaliyyəti, mövcud maddi-texniki imkanları ilə tanış olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.05.2019
Azərbaycan “Ordu-2019” Forumunda öz ekspozisiyasını təqdim edəcək
24.05.2019
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24.05.2019
“Siyasi repressiya qurbanları mu­zeyi“nin açılışı olub
24.05.2019
“I2B – İdeyadan Biznesə” layihəsi çərçivəsində Şəkidə startap turu keçirilib
24.05.2019
“Yevlax şəhidləri şəhid övladlarının gözü ilə“ adlı tədbirlərin keçirilməsi” layihəsinin təqdimatı keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10787

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info