AAK-ın növbədənkənar qurultayı keçiriləcək
Tarix: 24.01.2018 | Saat: 18:30:00 | E-mail | Çapa göndər


Fevralın 27-də Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilıən məlumata görə, bu barədə qərar AAK-ın İcraiyyə Komitəsi tərəfindən qəbul olunub. Qurultayda təşkilatın nizamnaməsinə bir sıra dəyişikliklər edilməsi planlaşdırılır. AAK-ın İcraiyyə Komitəsinin qərarında bildirilir ki, növbədənkənar qurultayın keçirilməsi təşəbbüsü təşkilatlanma işinin keyfiyyətcə yeni müstəviyə qaldırılmasını, quruma  üzv olan Azərbaycan icmalarının fəaliyyətini daha səmərəli şəkildə koordinasiyasını təmin etmək üçün daha çevik və operativ idareətmə mexanizminin yaradılması məqsədinə xidmət edir.
İcraiyyə Komitəsinin qərarında vurğulanır ki, son dövrlərdə baş verən bir sıra iqtisadi və siyasi proseslər Avropada diaspor və lobbi quruculuğu işinin daha da təkmilləşdirilməsini, beynəlxalq təşkilatlar, yerli kütləvi informasiya vasitələri  ilə əlaqələrin genişləndirilməsini zərurətə çevirib.
 
İcraiyyə Komitəsi hesab edir ki, 2018-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti ili elan olunması, habelə 1918-ci il 31 mart soyqırımının yüzilliyinin tamam olması ilə əlaqədar diaspor təşkilatları daha fəal, effektiv təbliğat işi aparmasına ehtiyac yaranıb. "Azərbaycan Respublikası Prezidentinin "2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyətiili  elan edilməsi haqqında"  2018-ci il 10 yanvar tarixli sərəncamına müvafiq olaraq, Avropanın müxtəlif ölkələrində təntənəli şəkildə silsilə tədbirlərin qeyd edilməsi nəzərdə tutulur. Bununla yanaşı, prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən  erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması istiqamətində də müvafiq tədbirlərin həyata keçirilməsi AAK-ın 2018-ci il üçün fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir.

Qeyd edək ki, Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayının Amsterdam şəhərində keçirilməsi planlaşdırılır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10142

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info