“Azərbaycanın müstəqil siyasəti həmin dairələri qane etmir”
Tarix: 24.01.2018 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Strateji baxış: Avrasiya” mövzusunda keçirilən interaktiv iclasda iştirakı zamanı Azərbaycanda azadlıqlar və mətbuat azadlığı ilə bağlı verilən qərəzli suala çox geniş və arqumentli şəkildə cavab verdi.
Bunu Trend-ə Milli Məclisin deputatı Elman Nəsirov deyib.
E.Nəsirov bildirib ki, verilən sual guya ki, Azərbaycanda bu sahədə müəyyən problemlərin olmasını özündə ifadə edirdi: “Cənab Prezident İlham Əliyev konkret faktlara və arqumentlərə söykənərək izah etdi ki, Azərbaycanda insan hüquq və azadlıqları çox yüksək səviyyədə qorunur və təmin olunur. Prezident çox haqlı olaraq söylədi ki, bir ölkədə ümumiyyətlə senzura yoxdursa, əhalinin 80 faizi internetdən istifadə edirsə, hətta kəndlərə genişzolaqlı internetin çəkilməsi prosesi reallaşdırılırsa, bu sahədə hansı problemlərdən söhbət gedə bilər?”
Deputat vurğulayıb ki, Prezidentin qeyd etdiyi kimi, müəyyən siyasi dairələr Azərbaycana qarşı qərəzli mövqedə dayanırlar: "Bunun səbəbi Azərbaycanın kifayət qədər müstəqil siyasət həyata keçirməsidir. Azərbaycanın müstəqil siyasəti həmin dairələri qane etmir. Onlar Azərbaycanı müxtəlif avantüralara sürükləmək istəyirlər, ancaq bu, heç bir nəticə vermir. Çünki Azərbaycan öz milli maraqlarına uyğun gəlməyən belə proseslərə qatılmır. Bizim üçün hər şeydən öncə Azərbaycan dövlətinin və xalqının milli maraqları dayanır və ölkəmiz bu maraqların ziddinə olan heç bir prosesə qoşulmur və bundan sonra da qoşulmayacaq. Azərbaycanın bu müstəqil siyasəti müəyyən siyasi dairələri narahat edir və müxtəlif beynəlxalq QHT-lərdən istifadə etməklə ölkəmizlə bağlı həqiqətə zidd olan belə informasiyaları yaymaq istəyirlər. Təbii ki, bunlar heç bir nəticə vermir, çünki xalqımız çox gözəl bilir ki, Azərbaycanda atılan bütün addımlar ilk növbədə milli maraqlara söykənir və milli maraqlar hər şeyin fövqündə dayanır”.
E.Nəsirov əlavə edib ki, həmin dairələr istəyirlər ki, Azərbaycanı öz orbitlərinə daxil etsinlər, bizimlə diktə dilində danışsınlar, bizi müxtəlif avantüralara cəlb edib ölkəmizdəki bu sabitliyi, təhlükəsizlik mühitini pozsunlar, inkişafın qarşısını alsınlar: “Bu isə mümkün deyil və cənab Prezident bütün bu məqamları çox geniş və arqumentli şəkildə qarşı tərəfin diqqətinə çatdırdı”.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info