TANAP Türkiyədə təhsil layihəsinə dəstək verir
Tarix: 24.01.2018 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Trans-Anadolu qaz boru kəmərinin operatoru olan TANAP şirkəti Türkiyədə təhsil layihəsinə dəstək verir.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, TANAP-ın Öğretmen Akademisi Vakfı (ÖRAV) ilə birgə həyata keçirdiyi “Müəllimin izində” təhsil layihəsi çərçivəsində Türkiyədə məktəb direktorları və müəllimlərə təlim keçirilir. Belə ki, Ankara, Ərzincan, Əskişəhər, Bayburt və Ərzurumda ümumilikdə 12 qrup olmaqla məktəb direktorları üçün “Akademik liderlik” mövzusunda təlim təşkil edilib. Təlimdə 269 məktəbdən 303 məktəb direktoru və ya müavin iştirak edib.
Bundan başqa, Ankara, Ərzincan və Ərzurumdakı 12 qrup olmaqla müəllimlər üçün də təlim keçirilib. Təlimdə 113 məktəbdən 342 müəllim iştirak edib.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və oradan da Avropaya nəql edəcək TANAP “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan layihədir. Layihə iki fazada həyata keçirilir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1850 kilometr olan TANAP-ın Əskişəhərə qədər olan hissəsinin bu il istismara verilməsi nəzərdə tutulur. Layihənin dəyəri hazırda 7,99 milyard ABŞ dollarıdır. Lakin layihənin ilkin qiymətləndirilməsində bu rəqəm 11,7 milyard dollar idi. Bu da o deməkdir ki, layihənin icrası çərçivəsində indiyədək təxminən 3,8 milyard dollara qənaət edilib. TANAP üzrə Azərbaycan şirkətlərinin xərclərinin 2020-ci ilədək ümumilikdə 6,2 milyard dollar olacağı nəzərdə tutulur.
Boru kəmərinin Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir. Bundan başqa, TANAP 2x36 düym diametrli 18 kilometr uzunluğunda sualtı hissədən də ibarətdir. TANAP-ın tikintisi üzrə ilk mərhələ sona çatdırılıb və hazırda ikinci mərhələ üzrə işlər davam etdirilir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub Qaz Dəhlizi” QSC - 58 faiz, “Botaş” - 30 faiz və BP şirkəti - 12 faiz.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Qeyri-neft sektoruna yüksək keyfiyyət standartı tətbiq ediləcək
21.01.2019
UNEC-də startap müsabiqəsi keçirilib
21.01.2019
Valideynləri ilə səyahət edən uşaqlara pulsuz aviabilet
21.01.2019
Polşaya ixrac missiyası təşkil ediləcək
21.01.2019
“AzerTelecom” “Azerbaijan Digital Hub” layihəsi çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığa başlayıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info