“Mehriban Əliyevanın fəaliyyəti UNESCO-da yüksək qiymətləndirilir”
Tarix: 24.01.2018 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Beynəlxalq əlaqələrdə UNESCO vasitəsilə mədəniyyət diplomatiyası canlandırılmalıdır.
Bu fikri Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Fransanın Beynəlxalq Əlaqələr və Strategiya İnstitutunun jurnalına müsahibəsində deyib.
Səfir müsahibəsində ölkəmizin UNESCO-ya üzv olmasının tarixindən, bu beynəlxalq qurumun fəaliyyətinə töhfələrindən danışıb. Bundan başqa, o, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın UNESCO ilə ölkəmiz arasındakı münasibətlərin, eləcə də mədəniyyətin, musiqinin, təhsilin inkişafına, mədəniyyətlərarası dialoqun möhkəmlənməsinə verdiyi töhfələrdən söhbət açıb. Anar Kərimov Mehriban Əliyevanın fəaliyyətinin qurumda yüksək qiymətləndirildiyini, UNESCO-nun xoşməramlı səfiri adına layiq görüldüyünü, məhz onun sayəsində bir çox mədəni və tarixi irs abidələrimizin təşkilatın Ümumdünya İrs Siyahısına daxil edildiyini diqqətə çatdırıb.
Səfir mədəniyyətlərarası dialoqun episentri olan, müxtəlif etnik qrupların mehriban ailə kimi yaşadığı Azərbaycanda hökm sürən tolerantlıq haqqında geniş məlumat verib. O, Qərblə Şərq arasında yerləşən ölkəmizdə Prezident İlham Əliyevin “Bakı Prosesi”nin 10 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzaladığını vurğulayıb. Qeyd edib ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu və qarşılıqlı anlaşmanı təşviq edir və ölkəmiz bu gün əsl mədəniyyətlərarası dialoq platformasına çevrilib. Bakı UNESCO-nun da dəstəklədiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna bir neçə ildir ev sahibliyi edir. Tolerantlığın və birgə sülh şəraitində yaşamanın Azərbaycan modeli formalaşıb və bu, bütün dünya ölkələrinə bir nümunədir.
Ölkəmizin UNESCO layihələrində fəal iştirakından danışan diplomat Azərbaycanın 25 ildən çoxdur üzləşdiyi münaqişədən, silahlı münaqişələrdə mədəni və tarixi irsin qorunmasının əhəmiyyətindən və ölkəmizin bu sahəyə töhfələrindən danışıb
Tural




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info