Bakıda 30-dan çox ölkənin iştirakı ilə sərgi keçirilir
Tarix: 23.05.2013 | Saat: 00:06:00 | E-mail | Çapa göndər


Bakı Sərgi Mərkəzində “WorldFood Azerbaijan-2013” XIX Azərbaycan Beynəlxalq qida sənayesi və “Agrihort Azerbaijan-2013” VII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgiləri açılıb. Prezident İlham Əliyev sərgilərlə tanış olub. Dövlət başçısına məlumat verilib ki, “WorldFood Azerbaijan-2013” və “Agrihort Azerbaijan-2013” sərgiləri regionda tanınmış tədbirlər kimi ildən-ilə daha çox tərəfdaş toplayır, kənd təsərrüfatı məhsullarının istehsal və emal proseslərində yeni texnologiyaların tətbiqi ilə yanaşı, bu sahənin inkişafına və təkmilləşdirilməsinə, yerli və xarici iş adamları üçün işgüzar mühit yaratmaqla biznes əlaqələrinin qurulmasına və genişləndirilməsinə xidmət edir. Bildirilib ki, budəfəki sərgidə 30-dan çox ölkədən 180-dək şirkət iştirak edir. Sərginin ekspozisiya sahəsinin ötən ilə nisbətən 40 faiz artması bu tədbirə marağın ildən-ilə çoxaldığını göstərir. Yerli şirkətlər də sərgidə fəal iştirak edirlər. Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi ilə keçirilən “WorldFood Azerbaijan-2013” sərgisinin təşkilatçıları qismində “Iteca Caspian” MMC və “ITE Group plc” şirkətləri çıxış edirlər. Azərbaycan Prezidenti sərgilərin pavilyonları ilə tanış olub. Prezident İlham Əliyev sərgilərin işinə uğurlar arzulayıb.




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir
21.11.2018
Sərhəd idarəçiliyi üzrə potensialın gücləndirilməsi istiqamətində görülən tədbirlər müzakirə edilib
21.11.2018
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
21.11.2018
YAP-ın yaranmasının 26 illiyi ilə əlaqədar Pirallahıda tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info