BANM “Petronas” şirkəti ilə əməkdaşlığa başlayır
Tarix: 24.01.2018 | Saat: 20:46:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Malayziyanın “Petronas” şirkətinin Azərbaycan nümayəndəliyinin biznesin inkişafı, planlama və risklərin idarə edilməsinin rəhbəri, direktorun müavini Rəşad Məmmədov və korporativ əlaqələr şöbəsinin əməkdaşı Aysel Allahverdiyeva ilə görüşüb.
BANM-dən bildirilib ki, görüşdə rektor bu ali məktəbin fəaliyyəti, tələbələrin yüksək statistik göstəriciləri barədə məlumat verib. O, həmçinin BANM-in neft sektorunda əlaqə yaratdığı şirkətlər və onlarla əməkdaşlığın istiqamətlərindən danışıb. “Petronas” şirkətinin BANM-in tələbələri ilə maraqlandığını vurğulayan R.Məmmədov iki müəssisə arasında əməkdaşlığın zəruriliyini qeyd edib. O deyib: “Niyyətimiz BANM-in tələbələrini “Bu günün öyrənənləri, sabahın liderləri” şüarı altında “Petronas” Təhsil Sponsorluq Proqramına cəlb etməkdir. Bu proqram vasitəsilə BANM-in bir neçə tələbəsi Malayziyada Petronas Texniki Universitetində dördillik bakalavriat səviyyəsində təhsili alacaq. Kimya mühəndisliyi, neft-qaz mühəndisliyi və neft-qaz geologiyası ixtisasları üzrə təhsil almaq şansı əldə edəcək tələbələr əvvəlcədən müəyyənləşmiş xüsusi kriteriyalar əsasında “Petronas Azərbaycan” şirkəti tərəfindən seçiləcəklər. Görüşdə, həmçinin əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.02.2019
“Azərmarka” Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş müsabiqə elan edib
20.02.2019
Aqrar İnkişaf Könüllüləri aqrar jurnalistika ilə bağlı layihənin icrasına başlayıb
20.02.2019
Körpəyə vitamin vermək olar?
20.02.2019
“Cəmiyyətin səsi” layihəsinin I mərhələsi başa çatıb
20.02.2019
Min bir dərdin dərmanı - yaşıl çay

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10608

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Yunanıstanda Azərbaycan milli musiqi alətlərinin təqdimatı keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info