Dünyada taxıl istehsalının azalması gözlənilir
Tarix: 25.01.2018 | Saat: 16:04:00 | E-mail | Çapa göndər


Ölkəmizdə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək

Beynəlxalq Taxıl Şurasının açıqladığı son hesabatda Afrika və Asiya ilə bağlı qlobal buğda ticarətinin rekord səviyyədə gözlənildiyi və Hindistanın ən böyük idxalçı olacağı bildirilib. Hesabatda 2016-2017-ci il mövsümündə 738 milyon ton həcmində reallaşdığı təxmin edilən dünya buğda istehlakının 2017-2018-ci ildə 744 milyon ton səviyyəsində olacağı gözlənilir.
2017-2018-ci il mövsümündə dünya buğda ticarətinin 174 milyon ton səviyyəsində olacağını proqnozlaşdıran Şura dünya buğda ehtiyatlarının isə 2016-2017-ci il mövsümündən 14 milyon ton artıq, 254 milyon ton olacağını göstərib.
Şura əsas ixracatçı ölkələrin (AB,ABŞ, Argentina, Avstraliya, Kanada, Qazaxıstan, Rusiya və Ukrayna) buğda ehtiyatlarını 2017-2018-ci ildə 76 milyon ton səviyyəsində proqnozlaşdırır. Ümumilikdə isə BTŞ 2018-2019-cu il mövsümü ilə bağlı qlobal buğda istehsalını 2 faiz azalma ilə 742 milyon ton proqnozlaşdırır.


Ölkəmizdə də, ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq kənd təsərrüfatı sektorunun əsas sahələrindən birini təşkil edir. Ölkəmizdə də ərzaq təhlükəsizliyinin təmin olunmasında taxılçılıq mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı adıçəkilən sahənin inkişafı ilə bağlı kompleks yanaşmanın vacib olduğunu bildirərək qeyd edib ki, bu istiqamətdə müəyyən addımlar atılmaqdadır: “İri taxılçılıq təsərrüfatları yaradılır, həmin təsərrüfatlarda müasir mütərəqqi texnologiyalar tətbiq edilir və hər hektardan 50-60 sentner məhsul götürülür. Su anbarlarının, sututarların tikintisi ilə bağlı yeni torpaq sahələri əkin dövriyyəsinə cəlb edilir və əkin sahələri genişləndirilir”. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev bildirib ki, ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilən minimum istehlak normasına əsasən adambaşına buğdaya illik tələbat 180 kiloqramdır. İstehsal edilən buğdanın 3 faizi təbii itkiyə gedir, 350-400 min tonu yem, 140 min tonu növbəti ilin məhsulu üçün toxum, qalan hissəsi isə emal edilərək və ya emal edilmədən ərzaq məqsədilə istifadə edilir. Minimum istehlak səbətinə görə ərzaqlıq buğdaya illik tələbat 1800 min ton müəyyən olunsa da 2016-cı ildə buğda ehtiyatları və istifadələri balansına əsasən il ərzində çörək və çörək məhsullarına sərf olunmuş buğdanın faktiki həcmi 2035,1 min ton təşkil edib. Ona görə də 2016-cı ildə təxminən 1 milyon ton ərzaq buğdası idxal olunub. DSK-nın məlumatına görə, 2017-ci ilin məhsulu üçün 950 min hektar sahədə dən üçün, o cümlədən 623,5 min hektarda payızlıq buğda və 326,3 min hektarda payızlıq arpa səpilib.
Taxılçılıqda texnoloji tədbirlərin vaxtında və aqrotexniki qaydalara uyğun aparılmasına, istehsalçıların texnika, gübrə, bitki mühafizəsi vasitələri ilə təminatına diqqət daha da artırılıb. Bu sahədə həyata keçirilən tədbirlər nəticəsində yaxın gələcəkdə keyfiyyətli taxıl məhsullarına olan tələbatın daxili istehsal hesabına ödənilmə səviyyəsinin maksimum dərəcədə yaxşılaşdırılması proqnozlaşdırılır. Rəsmi statistik məlumatlara görə, 2018-ci ilin məhsulu üçün təmiz herik şumu da daxil olmaqla, payızlıq əkinlər üçün 1034.5 min hektar sahə şumlanıb. Payızlıq bitkilər səpilib ki, o cümlədən 584.1min hektarını buğda və 280.4 min hektarını arpa təşkil edib. Növbəti ilin məhsulu üçün proqnozlaşdırılan 950 min hektar sahədə taxıl əkilməsi üçün orta hesabla 129 min ton buğda və 65 min ton arpa toxumu tələb olunur. 2017-ci ildə 1350 ton ton elit buğda və arpa toxumu KTN tərəfindən güzəştli şərtlərlə bölgü əsasında toxum istehsalçılarına paylanılıb. O cümlədən mövcud qanunvericiliyə uyğun olaraq özəl toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilən 949,7 ton elit toxum həmin təsərrüfatların payızlıq əkinində istifadə edilib. Qeyd edək ki, Qobustan Bölgə Stansiyasında toxumlar yüksək səviyyədə təmizlənir. Ümumilikdə, yaxın zamanlarda bu məntəqələrin sayının 6-ya çatdırılması nəzərdə tutulub. 2017-ci ildə dənli paxlalı bitkilərin 35, o cümlədən payızlıq yumşaq buğdanın 7, arpanın 2 sortu ölkənin müxtəlif torpaq-iqlim bölgələri üçün rayonlaşdırılaraq qeydiyyata alınıb və fermerlərə tövsiyə edilib. Həyata keçirilən kompleks tədbirlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə yerli istehsal hesabına ərzaqlıq buğda ilə təminat səviyyəsi əhəmiyyətli dərəcədə yaxşılaşacaq.


Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
21.11.2018
Hazırda BP-də 2557 azərbaycanlı işləyir
21.11.2018
BP: “Şahdəniz-2” layihəsi təhlükəsiz şəkildə plana və büdcəyə uyğun həyata keçirilir
21.11.2018
“Şahdəniz-2” yatağı üzrə 10 quyu tamamlanıb
21.11.2018
“AtaBank“ şəhid ailələrinə veriləcək birdəfəlik ödəmələrə komissiya tətbiq etməyəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info