Qazaxıstanlı nazir: “Azərbaycan istiqamətində yükdaşıma əhəmiyyətli dərəcədə artacaq“
Tarix: 25.01.2018 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


Qazaxıstan parlamenti “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”i təsdiq edib.
 
Bu barədə “APA-Economics” Qazaxıstan KİV-nə istinadən xəbər verir.
 
Məlumata görə, Qazaxıstanın investisiya və inkişaf naziri Jenis Kasimbek deputatlar qarşısında çıxış edərək iki ölkə arasında beynəlxalq avtomobil nəqliyyatı ilə yüklərinin daşınmasına görə müqavilə imzalandığını xatırladıb. Nazir qeyd edib ki, müqavilə iki ölkə arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın sadələşdirilməsini nəzərdə tutur.  
 
“Müqavilədə iki ölkə arasında avtomobil nəqliyyatı ilə yükdaşımanın hüquqi normaları müəyyən edilib. Son 2-3 il ərzində Azərbaycan üzərindən Gürcüstan və Türkiyəyə tranzit daşımalarının həcminin artığı müşahidə olunub. Keçən il biz Kurık limanının, eləcə də dəmiryol və avtomobil bərə yollarının inşasının başa çatdırmışıq. Bu isə Azərbaycan istiqamətində yükdaşımanın əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq” – deyə J. Kasimbek qeyd edib.
 
Xatırladaq ki, 2017-ciilin aprelin 3-də “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında" saziş imzalanıb.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb
13.11.2018
Heydər Əliyev Beynəlxalq Aeroportu 3,8 milyon sərnişinə xidmət göstərib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10459

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info