Türkiyədə Cümhuriyyətimizin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək
Tarix: 24.01.2018 | Saat: 22:10:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Sərəncamına əsasən qardaş Türkiyədə də tədbirlər keçiriləcək.
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar açıqlamasında deyib ki, rəhbərlik etdiyi qurum tədbirlərlə bağlı xüsusi proqram hazırlayıb. May ayında Cümhuriyyətin 100 illiyi ilə əlaqədar Türkiyənin Kocaeli, Sakarya və Yeddi Təpə universitetlərində konfranslar keçiriləcək. Bundan başqa, Federasiya Azərbaycan torpaqları uğrunda şəhid olanların övladlarından 30 nəfərin Türkiyəyə səfərini təşkil edəcək. Səfər çərçivəsində şəhid uşaqları Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbri, Çanaqqala şəhidlərinin məzarlarını ziyarət edəcək, Türkiyə Böyük Millət Məclisində və başqa yerlərdə olacaqlar. Bununla yanaşı, Türkiyədəki şəhid ailələrindən 30 uşağın Azərbaycana aparılması planlaşdırılır.
Bilal Dündar qeyd edib ki, tədbir çərçivəsində Türkiyədə Azərbaycanla bağlı şeir müsabiqəsi təşkil olunacaq. Münsiflər heyətinin qərarı ilə mükafatlandırılan qaliblərin ölkəmizə göndərilməsi nəzərdə tutulur. Bundan başqa, Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının noyabrda keçiriləcək qurultayına azərbaycanlı tarixçi alimlər, Azərbaycanın və Türkiyənin xaricdəki diaspor təşkilatlarının nümayəndələri dəvət olunacaqlar. Qurultay Cümhuriyyət tarixinin öyrənilməsinə həsr olunacaq.
Fuad




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info