Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisinə başlanılıb
Tarix: 25.01.2018 | Saat: 16:10:00 | E-mail | Çapa göndər


Saatlı rayonunun Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolunun tikintisi ilə bağlı müvafiq işlərə başlanılıb.
 
Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, yenidənqurma işləri 3 yaşayış məntəqəsinin 4 mindən artıq əhalisinin uzun illərdir sözügedən torpaq və çınqıllı yolla hərəkətdə qarşılaşdıqları problemlərə son qoyacaq, onların həm rayon mərkəzinə, həm də Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın istənilən nöqtəsinə gediş-gəlişi daha da rahatlaşacaq.
 
2,5 km uzunluğunda olan Saatlı-Dədə Qorqud-Əhmədbəyli avtomobil yolu ümumi eni 10 metr olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq əsaslı şəkildə yenidən salınır.
 
Tikinti layihəsinə uyğun olaraq yol yatağı tamamilə yenidən tikilib. Bunun üçün lazımi qalınlıqda çınqıl materialı yola döşənib. Tikinti norma və qaydalarına uyğun olaraq hazırda tələb olunan materialdan yol əsasının tikintisi üçün hazırlıqlar görülür. Texnoloji ardıcıllığa uyğun olaraq növbəti mərhələdə isə yolun yüksək keyfiyyətli asfalt-betonla örtülməsi planlaşdırılır. Bu işlər isə yolun hərəkət hissəsini eni 6 metr nəzərə alınaraq 15 min kvadratmetrdən çox sahədə aparılacaq.
 
Hazırlanan tikinti layihəsi çərçivəsində yolun altından əkin sahələrinin suvarılması və əhalinin istifadəsi üçün suların ötürülməsi məqsədi ilə 3 yerdə suötürücü boruların tikintisi işləri də müvəffəqiyyətlə aparılıb.
 
Agentliyin yüksək keyfiyyətlə apardığı işlər imkan verir ki, yaxın gələcəkdə yolboyu yaşayan vətəndaşların yolla bağlı qarşılaşdıqları problemlər birdəfəlik öz həllini tapsın, insanların təhlükəsizliyi təmin olunsun. Çünki nəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yol boyu zəruri olan bütün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılmaqla yeni və müasir yol infrastrukturu yaradılmış olacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
Toxuculuq sənayesində məhsul istehsalı 50 faizə yaxın artıb
20.03.2019
Əhalinin banklardakı pulları 8 milyard manatı keçib
20.03.2019
“Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları“nda dəyişiklik edilib
19.03.2019
Azərbaycan 5 min tona yaxın şəkər ixrac edib
19.03.2019
“Kartla ödə, kartla qazan” adlı stimullaşdırıcı lotereyanın ilk tirajı oynanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info