Xocalı soyqırımının tanıdılması ilə bağlı politoloqdan çağırış
Tarix: 25.01.2018 | Saat: 16:27:00 | E-mail | Çapa göndər


Politoloq Ramiz Alıyev Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində yanvarın 26-dan etibarən bir ay ərzində sosial şəbəkələrdə birlikdə etiraz edilməsi təklifini verib. Ramiz Alıyev sosial şəbəkələrdə bu etiraz kampaniyasına qatılmaq üçün iqtidar və müxalifət partiyalarının təmsilçilərinə və onların gənclər təşkilatlarına, qeyri-hökumət təşkilatlarına, müstəqil gənclər təşkilatlarına, KİV nümayəndələrinə, diaspor təşkilatlarına, ictimai-siyasi nüfuzu olan şəxslərə çağırış edib: “Birlikdə iyirmi birinci əsrin ən böyük faciəsi olan Xocalı soyqırımına səbəb olan və bu faciəni törədən Ermənistan dövlətinə, hazırki Ermənistan rəhbərliyinə qarşı sosial şəbəkələr vasitəsi ilə etiraz olunsa effektiv nəticə əldə etmək olar. Xocalı soyqırımını özündə əks etdirən şəkillər və videolar, soyqırımın törədilməsi ilə bağlı faktlarla dolu məlumatlar müxtəlif xarici dillərə tərcümə olunaraq səhifələrdə paylaşılsın. Bu faciəni törədənlər dünya ictimaiyyətinə bir daha tanıdılsın. Bununla da biz bir xalq olaraq birliyimizi göstərəcəyik və bütün dünya görəcək ki, bizdə milli məsələlərdə və xüsusən də Xocalı soyqırımı məsələsində iqtidar -müxalifət anlayışı yoxdur”.
Politoloq hesab edir ki, özünü azərbaycanlı bilən və Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılmasının tərəfdarı olan, Ermənistanı cinayətkar bir dövlət kimi tanınmasını istəyən hər kəs, bütün siyasi partiyalar, gənclər təşkilatları, QHT-lər, KİV-lər, diaspor təşkilatları, ictimai-siyasi nüfuzu olan şəxslər bu çağırışa dəstək verməlidir və verəcəklər: “Bu kampaniyada virtual həmrəyliyimizi ortaya qoymalıyıq. Düşünürəm ki, “Xocalıya ədalət” kampaniyasına dəstək olmaq, sosial şəbəkələr vasitəsi ilə Xocalı soyqırımının dünyaya çatdırılması çağırışına köməklik etmək özünü azərbaycanlı hesab edən hər bir vətəndaşımızın borcudur”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info