Karapetyan: “Ermənistan Gürcüstan vasitəsilə tranzitin stabil olmasını istəyir”
Tarix: 25.01.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


“Ermənistan Gürcüstan vasitəsilə yolun və tranzitin stabil olmasını istəyir”.
 
APA-nın yerli bürosunun məlumatına görə, bunu Ermənistanın baş naziri Karen Karapetyan Davosda Gürcüstan jurnalistlərinə açıqlamasında deyib. O bildirib ki, Ermənistan iqtisadiyyatı Gürcüstan vasitəsilə yük daşınmalarından çox asılıdır: “Təbii olaraq biz qonşularımız və dostlarımızdan yüklərin çatdırılmasında hava və ya digər səbəblərə görə olan gecikmələrin aradan qaldırılmasının mümkünlüyünü müzakirə etməyi xahiş edirik. Məsələn, 2016-cı ilin dekabrında biz yükləri yarım ay qəbul edə bilmədik. Buna görə xahiş etdik ki, dünyaya çıxışımız üçün digər alternativlər axtarmağa ehtiyacımız olmasın. Bu, həm Ermənistan, həm də Gürcüstanın maraqlarına cavab verir”.
 
K. Karapetyan Gürcüstanın işğal altında olan Tsxinvali regionu vasitəsilə yüklərin daşınmasının mümkünlüyü barədə danışmaq istəməyib: “Bilmirəm bu, nə qədər mümkündür. Bizim xahişimiz yalnız alternativ yollar tapmaqdır”. 

Qeyd edək ki, Ermənistanı Rusiya ilə birləşdirən yeganə yol Gürcüstan ərazisindən - Yuxarı Larsdan keçir. Bu yol qış aylarında kəskin hava şəraiti, güclü qar yağması və sürüşmələrə görə tez-tez bağlanır və Ermənistandan Rusiyaya gedən yüklər uzun müddət sərhəddə qalmalı olur. Ötən ilin dekabr ayında Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili fors-major hallarda Tsxinvalidən keçən dəhlizdən Ermənistanın istifadə edə biləcəyi barədə bəyanatla çıxış edib. Baş nazirin bu bəyanatı bəzi yerli müxalifət partiyaları və ekspertlər tərəfindən kəskin etirazla qarşılanıb. 




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info