Kiyevdə Azərbaycan Ticarət Evi açılacaq
Tarix: 25.01.2018 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması gözlənilir.
Bunu Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev "Ukrinform" agentliyinə müsahibəsində bildirib.
Səfir qeyd edib ki, Azərbaycan və Ukrayna bu il ticarət dövriyyəsini 1 milyard ABŞ dollarınadək artırmaq niyyətindədir. Bu məqsədlə martın ortalarında Kiyevdə Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır. Ticarətin Evinin binası Kiyevin mərkəzində yerləşir və müvafiq təmir işləri aparılır. Ticarət Evində Azərbaycan istehsalı olan məhsulların sərgisi təşkil olunacaq və satışı həyata keçiriləcək. Eyni zamanda, biz bazarın təhlilini aparmağı, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirməyi və Azərbaycan şirkətləri üçün hüquqi əsası təmin etməyi planlaşdırırıq. Ümumiyyətlə, burada həm özəl, həm də dövlət sektorunda bütün Azərbaycan biznesinin əlaqələndirilməsi aparılacaq. Düşünürəm ki, bu, bizim yeni investorlar üçün də yaxşı platforma olacaq, burada kiçik, orta və böyük həcmli investisiya layihələri müzakirə olunacaq və qərarlar qəbul ediləcək.
"Əminəm ki, bu, nəinki Azərbaycan biznesi, Ukrayna biznesinin inkişafı üçün də yaxşı platforma olacaq. Ukraynanın bir çox maraqlı məhsulları və layihələri var ki, Mərkəzi Asiya və İran bazarlarına idxal və ixracına ehtiyacı var. Lakin bu, bir sıra səbəblər üzündən mümkün deyil. Düşünürəm ki, Azərbaycan və yeni açılmış Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə bu imkanların həyata keçirilməsi mümkündür", - deyə diplomat qeyd edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.03.2019
“Luxus-Plus” portalı Mehriban Əliyevanın Fransaya səfərindən yazıb
26.03.2019
ABŞ dövlət katibi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
26.03.2019
Tolerantlıq və multikulturalizmin Azərbaycan modeli əsrlər boyu mövcud olub
25.03.2019
Tramp Türkmənistanın Azərbaycan vasitəsilə Qərbə qaz ixrac etmək imkanından yararlanacağına ümid edir
24.03.2019
Amerikalı jurnalistlərə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər çatdırılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10706

1 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
2 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
3 Paşinyan reytinqini küçə süpürməklə qaldırmaq istəyir?
4 Lado Mehdiyevin xatirəsinə həsr olunmuş badminton turnirinə yekun vurulub
5 Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info