Ağcabədinin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur
Tarix: 25.01.2018 | Saat: 18:29:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasını davam etdirir. Azərbaycan hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilən layihə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Ağcabədi şəhərində 45 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.
Səhmdar cəmiyyətin Tikilməkdə olan Obyektlərin Müdiriyyətinin mühəndisi Mirzağa Məmmədov bildirib ki, Ağcabədi şəhərini içməli su ilə təmin etmək məqsədi ilə 14 subartezian quyusunun qazılması, hər birinin tutumu 5000 kubmetr olan 2 su anbarının tikintisi nəzərdə tutulub. Hazırda subartezian quyularının qazılması və anbarların tikintisi yekunlaşmaq üzrədir. Eyni zamanda, su mənbəyindən şəhərə çəkiləcək 23 kilometr uzunluğunda magistral su xəttinin 15 kilometrlik, 214 kilometr su şəbəkəsinin 145 kilometrlik hissəsində işlər yekunlaşıb. Yeni su şəbəkəsindən 8200 ünvana birləşmə veriləcək və abonentlər sayğacla təmin olunacaq. İndiyədək 4500 ev birləşməsi verilib və sayğaclar quraşdırılıb.
Ağcabədi şəhərində tullantı sularının idarə edilməsi məqsədilə 196 kilometr kanalizasiya şəbəkəsinin 174 kilometrlik hissəsi, eyni zamanda, 9 kilometr kanalizasiya kollektorunun inşası yekunlaşıb. Dörd yeni kanalizasiya-nasos stansiyasının üçündə işlər başa çatdırılıb.
Şəhərdə yaranacaq tullantı sularının zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 10 min kubmetr olan təmizləyici qurğu tikiləcək. Layihə çərçivəsində Ağcabədi Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisinə də başlanılıb.
Kanalizasiya və su xətlərinin çəkildiyi küçələrdə asfaltlama işləri aparılır. Artıq Ağcabədi şəhərinin Heydər Əliyev prospekti, S.Vurğun, F.Əlizadə, N.Nərimanov, Ü.Hacıbəyli, Qarabağ, Ş.Cəmşidov, E.Sadıqov, Ş.Qurbanov küçələrinə yeni asfalt örtük salınıb.
Su və kanalizasiya şəbəkələrinin tikintisi üzrə işlərin 2018-ci ilin birinci yarısında başa çatdırılması nəzərdə tutulur.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25.05.2019
Bakı–Tbilisi–Ceyhan boru kəmərinə ilk neftin vurulmasından 14 il ötür
25.05.2019
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25.05.2019
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25.05.2019
Əmək və sosial müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info