Naxçıvanda islami dəyərlərə ehtiramla yanaşılır
Tarix: 25.01.2018 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Muxtar respublikada islami dəyərlərə ehtiram dini mərasimlərin yüksək səviyyədə keçirilməsində özünü göstərir. Hər il keçirilən Qurban və Ramazan bayramları ədalət və mərhəmət, şəfqət və xeyirxahlıq duyğuları təlqin etməklə, insanların mənən saflaşmasına, Vətən və xalq üçün birləşməsinə xidmət edir. Bu birlik cəmiyyətimiz və dövlətimiz üçün olduqca mühüm amildir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Film Fondunda nazirliyin sistemində olan müəssisələrdə fəaliyyət göstərən gənclər üçün “Naxçıvanda islami dəyərlər və onların qorunması” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin baş məsləhətçisi Kənan Tağızadə çıxış edərək bildirib ki, 2009-cu il oktyabrın 14-də Bakıda keçirilən İslam ölkələrinin mədəniyyət nazirlərinin IV konfransında Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunub. Bu gün keçirilən tədbirin məqsədi də gəncləri İslam mədəniyyəti və dəyərləri ilə tanış etmək, onları maarifləndirməkdir.
“Dünyada mövcud olan dinlər arasında İslam dini özünəməxsus yerə malikdir. Biz azərbaycanlılar İslam dini ilə bağlı dəyərləri yaşatmaqla yanaşı, bütün dinlərə ehtiramla yanaşır, dini tolerantlıq nümunəsi göstəririk. Azərbaycanlılar əsrlərboyu xristianlarla, yəhudilərlə dinc, yanaşı yaşayıblar və indi də yaşayırlar” – deyən Kənan Tağızadə qeyd edib ki, tolerantlığın Azərbaycan nümunəsi insanların hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, birgə, sülh şəraitində yaşaya biləcəklərini sübut edir.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin baş məsləhətçisi, hüquqşünas Bəhruz Gülmalıyev bildirib ki, muxtar respublikada dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində həyata keçirilən tədbirlər cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir, dindarlar üçün lazımi şərait yaradılır. Son illər yeni tikilən məscidlər, təmir olunan türk-islam abidələri dövlətin bu sahəyə xüsusi diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir.
Tədbirin sonunda “Naxçıvan-türk-islam mədəniyyəti abidələri” sənədli filmi nümayiş etdirilib.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info