Azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolu var
Tarix: 25.01.2018 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


Ədliyyə Nazirliyində Probasiya xidmətinin yerli qurumlarının rəhbərlərinin və probasiya üzrə icra məmurlarının iştirakı ilə 2017-ci ildə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və xidmətin qarşısında duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Vilayət Zahirov Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən Probasiya xidmətinin yaradılması üzrə görülən tədbirlərdən danışıb, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsini, probasiya nəzarətinin təsbit olunmasını qeyd edib, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında probasiya xidmətinin mühüm rolunu vurğulayıb.
Sonra Probasiya xidmətinin rəisi Akşin Ziyadov qurumun ötən dövrdəki fəaliyyəti və qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Bildirilib ki, azadlıqdan məhrum etmə cəzasının tətbiqinin azaldılması və daha çox alternativ cəzalara üstünlük verilməsi məqsədilə dövlət başçısı tərəfindən təsis edilmiş Probasiya xidmətinin işinin müasir tələblər səviyyəsində qurulması, cəzaların icrası zamanı müasir elektron nəzarət vasitələrinın geniş tətbiqi ilə bağlı Xidmətin monitorinq mərkəzinin təşkili üzrə tədbirlər görülür.
Qeyd olunub ki, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası diqqətdə saxlanılaraq 2017-ci ildə 6.820 şəxsin cəza müddəti başa çatıb və ya təyin olunmuş cəzası tam icra edilib, yeni cinayət törədən məhkumların sayı 10 faiz azalıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği artaraq 1.5 milyon manata çatıb.
Eyni zamanda, 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsinə mühüm dəyişikliklər edilərək bir çox əməllərin dekriminallaşdırılması yüzlərlə məhkumun cəzalardan azad olunmasına və ya yüngülləşdirilməsinə səbəb olub. Probasiya xidməti tərəfindən yeni qanunun təsiri altına düşən şəxslərin dairəsi müəyyən olunaraq həmin məhkumlar barədə məhkəmələrə müvafiq təqdimatlar göndərilib.
İclasda görülən işlərlə yanaşı, bu sahədə nöqsan və çatışmazlıqlar qeyd olunaraq cərimə və ictimai işlər növündə cəzaların icrasına diqqətin artırılması, məhkumun cəzadan yayınmasının qarşısının alınması, onlarla aparılan islah və tərbiyə işinin keyfiyyətinin artırılması, probasiya nəzarətinin səmərəli təşkili ilə bağlı tapşırıqlar verilib, yerli qurumların rəhbərləri dinlənilərək, mövcud problemlərin həlli yolları təhlil edilib.
Müşavirəyə yekun vuran nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasına nail olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info