“Bəzi qüvvələr Türkiyənin uğurlu əməliyyatından narahatdırlar”
Tarix: 25.01.2018 | Saat: 18:45:00 | E-mail | Çapa göndər


“Türkiyə öz milli təhlükəsizliyini qorumaq üçün lazımı addımlar atır. Bu haqqı Türkiyənin əlindən heç kim ala bilməz”. Bu sözləri Azərbaycan Alpaqut Federasiyasının prezidenti, tanınmış ictimai fəal Aqil Acalov deyib. Federasiya rəhbəri Türkiyənin “Zeytindalı" əməliyyatı ilə öz sərhədlərində təhlükəsiz zona yaratmaq istədiyini vurğulayıb. “Bu da bütün beynəlxalq hüquq çərçivəsindədir. Türkiyə terrordan əziyyət çəkən dövlətdir və bunun indidən qarşısını almaq hüququna malikdir. Minlərlə şəhid verən dövlətdir. Türkiyənin indidən qabaqlıyıcı addım atması tam normaldır və alqışlayırıq. Bəzi qüvvələr Türkiyənin uğurlu əməliyyatından narahatdırlar. Onlar zaman-zaman həmin terrorçu qüvvələrin arxasında durublar. Bu gün isə Türkiyə terroru məhv etməyə çalışır. Onlar bəşəriyyət üçün ciddi təhlükə yaradılar”. A.Acalov Azərbaycan xalqının da terrordan- erməni terrorundan əziyyət çəkdiyini bildirib. “İllərdir ki, erməni terrorundan əziyyət çəkirik. Gec-tez belə bir əməliyyat Azərbaycan dövləti tərəfindən də Qarabağda keçiriləcək. Çünki Ermənistan Azərbaycan sülh niyyətindən sui-istifadə edir. Üstəlik, Qarabağ nəzarətsiz vəziyyətdədir. Heç kimə şübhə deyil ki,Qarabağ hazırda terrorçular üçün əlverişli yerdir. Bu isə ciddi beynəlxalq hüquq pozuntusudur",deyə A.Acalov əlavə edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Mədət Quliyevə general-polkovnik rütbəsi verildi
26.09.2018
“Cənub Qaz Dəhlizi” layihəsində ABŞ hökumətinin rolu bizim bu regiona marağımızı vurğulayır”
26.09.2018
“Akşam.com.tr”: “Azərbaycan milli silahlarına ASELSAN dəstəyi”
26.09.2018
“Azərbaycandan kənarda yaşayan soydaşlarımız öz qüvvələrini toplamalıdırlar”
26.09.2018
“Biz Ukraynada Yuri Qaqarin də olsaq...”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info