“Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”
Tarix: 25.01.2018 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Gürcüstanın təbii qaza olan bütün tələbatını Azərbaycan ödəyir”.
 
Bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Giorgi Çikovani deyib.
 
O bildirib ki, Gürcüstan bu il Rusiyadan təbii qaz idxal etməyəcək: “Hazırda Gürcüstan təbii qazı Azərbaycandan iki istiqamət üzrə - “Şahdəniz” konsorsiumu və “SOCAR” şirkətindən əldə edir”.
 
G.Çikovanin qeyd edib ki, “Qazprom” şirkəti ilə imzalanmış müqavilə məxfidir və ictimaiyyətə açıqlana bilməz: “Müqavilələrdə qeyd olunub ki, əgər Gürcüstanın pik vaxtlarda və ya qəza zamanı əlavə təbii qaz həcminə ehtiyacı olarsa, o zaman həmin həcm Rusiya və ya digər ölkələrdən tədarük oluna bilər. Lakin hazırda buna ehtiyac yoxdur”.
 
Qeyd edək ki, Gürcüstanın 2018-ci il üçün təbii qaza olan ehtiyacı 2,689 mlrd. kub metr həcmində proqnoz olunub. Bu həcmin 99,65%-ni Azərbaycan təmin edəcək. Qonşu ölkə təbii qaz həcminin 1,866 mlrd. kub metrini “SOCAR” şirkətindən, 813 mln. kub metrini isə “Şahdəniz” yatağından əldə edəcək.  Yerdə qalan 0,35% isə (9,41 mln. kub metr) yerli hasilatın payına düşəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info