BANM-də yeni elektron tədris sistemi yaradılır
Tarix: 25.01.2018 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) yeni elektron tədris sisteminin tətbiqinə dair təqdimat keçirilib. Təqdimatda rektor Elmar Qasımov, müəllimlər və əməkdaşlar iştirak ediblər.
BANM-dən bildiriblər ki, təqdimatı bu ali məktəbin riyaziyyat müəllimi Tural Abdullayev keçirib. Təqdimatın ilk mərhələsində sistemin BANM-in gündəlik fəaliyyətinin yaxşılaşdırılması və optimallaşdırılması istiqamətində ümumi faydalarından danışılıb. Belə ki sistemin yeniliklərinin tətbiqi nəticəsində böyük vaxt itkisinin qarşısı alınacaq, sistem insan əməyini əhəmiyyətli azaltdığından əməliyyatlarda səhvə yol verilməsi aradan qaldırılacaq, həmçinin fəaliyyət və proseslərə nəzarət daha asan və vaxt sərfi olmadan həyata keçirilə biləcək.
T.Abdullayev təqdimat zamanı yeni sistemin köməyi ilə BANM-də işin xeyli optimallaşacağını qeyd edərək bildirib ki, indi transkriptlər, arayışlar, diplom əlavəsi, dərs qeydiyyatı, qiymət cədvəli və s. kimi işləri sistem hazırlayacaq. Yeni sistem, həmçinin tələbə haqqında məlumatlar, tələbə bileti, tələbələrin turniket qeydləri, tələbələrin imtahanlarda iştirak siyahısı, tələbələrin təqaüdləri haqqında məlumatları özündə birləşdirərək istifadəçilərə bu istiqamətdə bələdçilik edəcək.
Qeyd edək ki, elektron tədris sistemi BANM rəhbərliyinə tələbələr arasında müəyyən sorğular keçirməyə imkan verəcək və bu da keyfiyyətin təmin olunmasına, yarana biləcək problemlərin dərhal aradan qaldırılmasına kömək edəcək.
Sistemdən yalnız BANM-ın işçilərinin deyil, həmçinin tələbələrin də fəal istifadəsi nəzərdə tutulur. Belə ki, tələbələr kitabxana qeydiyyatı, lazımi kitabların axtarılması və sifariş edilməsi, sillabusların əldə edilməsi, imtahanlara qeydiyyat, yataqxanaya qeydiyyat və s. kimi məsələləri özləri sistem üzərindən həll edə biləcəklər.
Yeni elektron tədris sistemi BANM rəhbərliyi tərəfindən yüksək dəyərləndirilib. Təqdim edilən yeniliklərin yaxın günlərdə tətbiqinə başlanılacaq.
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“ADEX-2018” müdafiə sərgisində 29 ölkədən 224 şirkət iştirak edəcək
24.09.2018
Diaspor təşkilatları əməkdaşlığı gücləndirirlər
24.09.2018
Dövlət Sərhəd Xidməti Akademiyasında kursantların andiçmə mərasimi keçirilib
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info