Ailə təsərrüfatları ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb
Tarix: 25.01.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı ölkəmizdə sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunmasına imkan verib.
Proqram çərçivəsində nazirlik tərəfindən verilən aktivlər hesabına respublikamızın 76 şəhər və rayonu üzrə 1172 ailə (o cümlədən 60 nəfər əlil və 21 şəhid, 206 məcburi köçkün ailəsi) aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatlarını yaradıblar.  Həmin təsərrüfatların 84%-i kənd təsərrüfatı (maldarlıq, quşçuluq, əkinçilik, arıçılıq, bağçılıq, istixana yaratma və s.), qalan hissəsi xidmət və istehsal sahələrini əhatə edir. Özünüməşğulluq proqramı çərçivəsində həmçinin xalçaçılıq, misgərlik və s. üzrə də ailə  təsərrüfatları yaradılıb ki, bu da qədim xalq sənəti növlərinin inkişafına dəstək məqsədinə yönəlib.
Aztəminatlı ailələrin fərdi təsərrüfatlara sahib olmaları onların dövlət yardımından asılılığının aradan qalxmasına, öz zəhmətləri hesabına ailə gəlirlərini artırmalarına və sahibkarlığa çıxış imkanı qazanmalarına, ölkədə kiçik ailə biznesinin genişlənməsinə şərait yaradıb. Eyni zamanda, bu təsərrüfatlar ölkədə qeyri-neft sektorunun inkişafına əlavə dəstək olmaqla, həmin sektorda məhsul istehsalının artımını da stimullaşdırıb.  Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə etməklə aztəminatlı ailələrin  öz kiçik ailə təsərrüflarını gözlənilən səviyyədə, uğurla qurmaları və bu təsərrüfatları daim inkişaf etdirməyə, genişləndirməyə çalışmaları özünüməşğulluq proqramının icrası sahəsində müsbət təcrübənin formalaşdığını deməyə əsas yaradıb.
Cari ilin əvvəlindən İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanılması nəticəsində formalaşan İşsizlikdən sığorta fondu işşiz şəxslərin sosial müdafiəsi ilə yanaşı, aktiv məşğulluq tədbirlərinin, xüsusilə də özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyətli şəkildə genişlənməsinə imkan yaradır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib
17.01.2019
Dövlət Sosial Müdafiə Fondu tərəfindən ötən il 6148 sanator-kurort göndərişi verilib
17.01.2019
Bu il daha 6400-dən çox şəhid hərbi qulluqçunun vərəsələri birdəfəlik ödəmə ilə təmin ediləcək
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info