“Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır“
Tarix: 26.01.2018 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Çavuşoğlu:
“Amerikalılar Tramp-Ərdoğan telefon danışığı ilə bağlı mətbuata açıqlamanı əvvəlcədən hazırlayıblar”

ABŞ dövlət başçısının köməkçisi Tomas Bossert Davosda bəyanat verib:
“Yaxşı olardı ki, onlar Afrin konfliktindən çıxsınlar”

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında telefon danışığı olub. Söhbət zamanı Suriyada son vəziyyət və "Zeytun budağı" əməliyyatı müzakirə olunub. Rəcəb Tayyib Ərdoğan Vaşinqtonu PKK terror təşkilatının Suriya qolu PYD/YPG-ni silahla təchiz etməyə son qoymağa çağırıb.
O, həmçinin vurğulayıb ki, Suriya ərazisində keçirilən əməliyyatın məqsədi Türkiyənin milli təhlükəsizliyini təmin etmək və Afrin bölgəsini terrorçulardan təmizləməkdir. "Afrində həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normaları, o cümlədən BMT Konvensiyasının özünümüdafiə hüququnu nəzərdə tutan 51-ci maddəsinə uyğundur və terrorizmə qarşı mübarizə istiqamətində növbəti addımdır" - deyə, Türkiyə prezidenti vurğulayıb. ABŞ prezidenti isə Suriyanın Afrin bölgəsində artan gərginlikdən narahat olduğunu ifadə edib: "Hazırkı vəziyyət ABŞ və Türkiyə arasındakı əlaqələrin pisləşməsi risklərini daşıyır". Tramp, həmçinin rəsmi Ankaranı Suriyada türk və amerikalı qüvvələr arasında münaqişəyə səbəb ola biləcək hərəkətlərə yol verməməyə çağırıb. Yayılan xəbərlərdən aydın olur ki, ABŞ və Türkiyə dövlət başçıları arasında olan telefon danışığı heç də uğurlu olmayıb. Birləşmiş Ştatlar yenə də Ankaranın milli maraqlarını heçə sayaraq Afrində həyata keçirilən əməliyyatlara qarşı çıxır. ABŞ-ın ehtiyat etdiyi məsələlərdən biri Ankaranın Afrindən sonra Menbiçdə mümkün əməliyyat keçirməsi ehtimalıdır. Məsələ ondadır ki, Menbiçdə ABŞ bazası və hərbçiləri var. ABŞ ordusunun komandanlığı Menbiçdəki PYD qüvvələrinə xəbərdarlıq edib ki, Afrindəki döyüşlərə qatılmasınlar. Əgər Afrində döyüşlərə qatılsalar, onlara verilən dəstək dayandırılacaq. Vaşinqton bununla həm Ankaranın Membiç əməliyyatının qarşısını almağa çalışır, həm də həmin qüvvələrin Afrinə yardımını pərdələyir. Türkiyə Xarici İşlər Nazirliyindən “Hürriyət” nəşrinə verilən açıqlamada Ağ Evin Tramp-Ərdoğan görüşü ilə bağlı yaydığı məlumatda bəzi məqamların yanlış olduğunu qeyd ediblər. Dünən bu məsələyə aydınlıq gətirən Türkiyənin xarici işlər naziri Çavuşoğlu bildirib ki, amerikalılar Tramp-Ərdoğan telefon danışığı ilə bağlı mətbuata açıqlamanı əvvəlcədən hazırlayıblar. ABŞ dövlət başçısının daxili təhlükəsizlik və terrorizmə qarşı mübarizə üzrə köməkçisi Tomas Bossert dünən Davosda verdiyi açıqlama ilə münasibətlərdə, həqiqətən, problem olduğunu ortaya qoyub. Bossert deyib ki, Türkiyənin Afrində həyata keçirdiyi əməliyyat Suriyada silahlı toqquşmanı alovlandıra bilər: “Türkiyə anlamalıdır ki, Suriyaya və Afrinə doğru irəliləmək silahlı toqquşmanı daha da böyüdə bilər. Burada vacib strateji məqsəd stabil Suriyadır. Hesab edirəm ki, Türkiyə uzunmüddətli və qısamüddətli strateji məqsədin nə olduğunu yaxşı başa düşür. Mən, sadəcə olaraq onların uzunmüddətli strateji dözümləri üçün dua edirəm. Yaxşı olardı ki, onlar Afrin konfliktindən çıxsınlar”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info