UNEC-də elmi tədqiqatların beynəlxalq jurnallarda dərc olunması mexanizmi açıqlanıb
Tarix: 26.01.2018 | Saat: 00:37:00 | E-mail | Çapa göndər


UNEC-də “Elmi tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu elmi nəşrlərdə dərc olunması mexanizmi” mövzusuna həsr olunan təlim seminar keçirilib. Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov “Elmi tədqiqat sahəsində modern universitetlər: çağırışlar və real imkanlar” mövzusunda çıxış edib. Professor yeni texnologiyaların ali təhsildə tətbiqi, təhsilin keyfiyyətinin təmin olunmasında Avropa standartlarının, ikili təhsil proqramlarının rolu və əhəmiyyətindən danışıb. O, elm və təhsilin vəhdətinin yeni tələblərə uyğun istiqamətdə aparılmasında innovasiyanı da mühüm faktor kimi qiymətləndirib. Dünya elminə inteqrasiyanın vacibliyindən danışan UNEC-in professoru “Bunun üçün elmi araşdırmalar dünya səviyyəsində olmalıdır” deyə bildirib. “Clarivate Analytics”in Azərbaycan üzrə nümayəndəsi, elmi informasiya resursları üzrə ekspert Aygün Babazadə “Psevdo-elm: Yırtıcı jurnalları təyin etmək və onlardan sığortalanmağın yolları” barədə danışıb. O, beynəlxalq elmi jurnallarda məqalə çapı ilə bağlı mövcud problemlərdən söz açaraq, son illər ərzində istifadə olunan kibercinayətin yeni alətinə çevrilən “yırtıcı” jurnallar haqqında ətraflı məlumat verib, həmin jurnalların təyin olunması meyarlarını açıqlayıb. Təlimdə “Applied and Computational Mathematics” beynəlxalq jurnalının aparıcı redaktoru (2002-2017), professor Yusif Qasımov əlyazmanın elmi nəşrlərdə çap olunma qaydaları, o cümlədən beynəlxalq nüfuzlu jurnallarda redaktor və rezidentlərin vəzifələrindən bəhs edib. İqtisadiyyat Nazirliyi Elmi Tədqiqat İnstitutunun direktor müavini, professor Arzu Hüseynova isə təlim iştirakçılarını beynəlxalq nüfuzlu elmi jurnallarda məqalə qəbulu, elmi ədəbiyyatlardan istifadə qaydaları və elmi istinadlar barədə məlumatlandırıb. O, beynəlxalq elmi jurnallarda yer alan məqalələrə qoyulan tələbləri diqqətə çatdıraraq, elmi əsərlərin istinad indeksli jurnallarda dərcinin vacibliyini qeyd edib. “Caspian European Club”un baş icraçı direktoru, vəkillət kollegiyasının üzvü Mustafa Abbasbəyli “Elmi tədqiqat nəticələrinin nəşrində hüquqi və etik qaydalar: pozuntu hallarının aşkarı və ona qarşı görülən tədbirlər” barədə iştirakçılara ətraflı məlumat verib. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.
Anar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info