Türkiyə Suriyada antiterror əməliyyatlarını davam etdirəcək
Tarix: 26.01.2018 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Türkiyə Suriyada hərbi əməliyyatları terror təhlükəsi aradan qalxanadək davam etdirəcək”. Bu sözləri Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazgan Tbilisidə keçirdiyi mətbuat konfransında deyib. Səfirin sözlərinə görə, Türkiyənin Suriyanın Afrin bölgəsində “Zeytun budağı” adı altında başlatdığı antiterror əməliyyatı BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında beynəlxalq hüquqa uyğun həyata keçirilir. Bu əməliyyatların Suriyada yaşayan kürd xalqına qarşı olmadığını vurğulayan diplomat deyib: “Bu əməliyyatlar terrorçu PKK qruplaşmasının Suriyadakı qolları olan PYD və YPG-yə qarşı yönəlib. Bu, Türkiyənin yalnız Suriyada sülhün təmin olunmasına dəstək əməliyyatıdır. Əməliyyatlar terror təhlükəsi bitənədək davam edəcək”. Səfir deyib ki, PKK beynəlxalq səviyyədə tanınmış terror təşkilatıdır. Bu təşkilat artıq öz hüdudlarından kənara çıxaraq daha geniş ərazilərdə terror aktları həyata keçirməyə başlayıb. Bu da Türkiyəni ciddi narahat edir. Çünki bu terror aktları Türkiyə üçün də bir təhdiddir. F.C.Yazgen “Zeytun budağı” adlı əməliyyatla əlaqədar Türkiyənin dostlarından, strateji tərəfdaşlarından və müttəfiqlərindən dəstək aldığını vurğulayıb. Diplomat jurnalistləri maraqlandıran digər sualları da cavablandırıb. Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən “Zeytun Budağı” antiterror əməliyyatı qrafikə uyğun aparılır və planlaşdırılan nəticəni verməkdədir. TSQ qoşun birləşmələri ötən 6 gün ərzində PKK/KCK/PYD-YPG və “İŞİD”-ə məxsus 115-dən artıq düşərgə, sığınacaq və anbarı dağıdıb. Bu müddətdə 303 terrorçu məhv edilib, 7 terrorçu sağ olaraq ələ keçirilib. Türkiyə ordusu 2 şəhid verib. Bundan başqa, Suriya ərazisindən Türkiyəyə atılan raket zərbələri nəticəsində ümumilikdə 3 nəfər həlak olub, 51 nəfər yaralanıb. Həlak olanlardan biri suriyalıdır. Vəziyyəti ağır olan 5 yaralı xəstəxanalarda reanimasiyaya yerləşdirilib. Türkiyə hərbiçiləri yerli əhalinin əməliyyatlardan zərər çəkməməsi üçün prosesə son dərəcə ehtiyatla yanaşmaqdadır. Eləcə də, könüllü şəkildə və yaxud məcburi qaydada təslim olan terrorçularla humanist şəkildə davranılır.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info