Güzəştli mənzillərin satışı ilə bağlı elan veriləcək
Tarix: 26.01.2018 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


Ölkəmizdə güzəştli mənzillərin tikintisinə başlamaqda əsas məqsəd əhalinin aztəminatlı hissəsinə belə mənzilləri orta bazar qiymətindən aşağı qiymətə və uzunmüddətli kreditlə təklif etməkdir. Təbii ki, bu addım dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi insanların mənzil problemlərinin həllinə və sosial rifahının yüksəldilməsinə yönəlib. Güzəştli mənzillərin tikintisi yeni iş yerlərinin yaradılmasına və inşaat sektorunun inkişafına da çox böyük təkan verəcək. Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaradılması da məhz bu aktual məsələyə xidmət edir. Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan və xarici dairəvi avtomobil yolunun kənarında yerləşən Yasamal Yaşayış Kompleksinin ümumi sahəsi 11,6 hektardır. Kompleks böyük bir ərazini əhatə etməklə, çox əlverişli – şəhərin ekoloji cəhətdən təmiz bir məkanında salınır. MİDA-nın mətbuat katibi Diana Dadaşova AZƏRTAC-a müsahibəsində bildirib ki, layihəyə görə kompleks 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bunlardan 17-sinin 2-bloklu 9-mərtəbəli, 12-sinin isə 1-bloklu 12-mərtəbəli olması planlaşdırılır. Bu binalardakı 1843 mənzildən 324-ü birotaqlı, 1052-si ikiotaqlı, 467-si isə üçotaqlıdır. Birotaqlı mənzillərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin 50-58 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir. Mənzil almaq istəyənlərin əksəriyyətinin təmirli evə üstünlük verdiyini nəzərə alaraq, bütün mənzillər vətəndaşlara tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə təklif olunacaq. Vətəndaşlar üçün, həmçinin İpoteka və Kredit Zəmanət Fondunun illik 4 faizlə verilən güzəştli ipoteka proqramı çərçivəsində uzunmüddətli ödəniş imkanı da yaradılıb. Xatırladaq ki, bu, ölkədə mənzil satışı ilə bağlı ən sərfəli ödəniş formasıdır. D.Dadaşovanın sözlərinə görə, MİDA-nın müştərilərə təklif etdiyi mənzillər yerləşdiyi ərazi üzrə orta bazar qiymətindən aşağı olacaq. Məsələn, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub. D.Dadaşova kompleksin ərazisində şam ağaclarından ibarət 5 hektara yaxın yaşıllıq zonasının salındığını bildirib. Yasamal Yaşayış Kompleksində mənzil almağın üstün cəhətlərindən söz açan MİDA rəsmisi deyib ki, layihə müəllifləri müasir şəhərsalma prinsiplərinə riayət etməklə, piyadaların və nəqliyyat vasitələrinin, o cümlədən yaşlılar, əlillər və uşaqların rahat, maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək üçün lazımi infrastruktur yaradıblar. Kompleksə 4 istiqamətdə marşrut xətlərinin çəkilməsi də nəzərdə tutulub. D.Dadaşova bildirib ki, bugünədək “Güzəştli mənzil” elektron sistemi vasitəsilə 7600-dən artıq vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək həmin şəxslər üçün fərdi elektron kabinetin yaradılması təmin edilib. Növbəti mərhələdə “Güzəştli mənzil” sistemində yeni satış modulu istifadəyə veriləcək: “Hazırda aparılan müvafiq texniki tamamlama və test işləri yekunlaşdırıldıqdan sonra Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışı ilə bağlı elan veriləcək və vətəndaşlara mənzilləri sistem vasitəsilə seçmək imkanı yaradılacaq. Bu da ölkəmizdə mənzil satışının təşkili sahəsində bir yenilikdir. Bu gün kompleksin 29 çoxmənzilli yaşayış binasının, məktəb, uşaq bağçası və digər sosial obyektlərinin tikintisi, habelə ərazinin müvafiq mühəndis-kommunikasiya sistemi ilə təchiz edilməsi işləri paralel aparılmaqdadır. Tikintidə 20-dən artıq şirkət iştirak edir, ümumi inşaat prosesinə 3000 nəfərə yaxın işçi cəlb olunub. Kompleksin ilk 15 yaşayış binasının və 960 şagird yerlik ümumtəhsil məktəb binasının konstruksiya və hörgü işləri artıq başa çatdırılıb, həmin tikililərdə tamamlama-bəzək işləri davam etdirilir. Kompleksin digər binalarının tikintisi müxtəlif icra mərhələlərində olmaqla aparılır. Yasamal Yaşayış Kompleksində ilk mənzillərinin bu ilin yay aylarında gələcək sakinlərinə təqdim olunması planlaşdırılır. Ümumilikdə isə kompleks 2019-cu ildə tam təhvil veriləcək”. Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin uyğun qiymətə mənzil tikintisi üzrə növbəti layihəsi Bakı şəhərinin Suraxanı rayonunda, Hövsan qəsəbəsinin yaxınlığında 20 hektarlıq ərazidə inşa olunacaq Hövsan Yaşayış Kompleksidir.




 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Daha 304 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunub
22.11.2018
ƏƏSMN: Son iki gündə 250-dən çox ailəyə mal və materiallar verilib
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info