İsveçdə qarşıdurmalar səngimir
Tarix: 23.05.2013 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Stokholm ətrafında baş qaldırmış iğtişaşların coğrafiyası genişlənir. “BBC”nin Rusiya xidmətinin məlumatına görə, polislə toqquşma və yanğınlar artıq 9 rayonda və əsasən müsəlmanlardan ibarət immiqrantların məskunlaşdığı paytaxtın qərbində qeydə alınıb.
“İTAR-TASS”ın məlumatına görə, iğtişaşlar artıq 11 şəhərətrafı rayona – Rinkebyu, Çista, Tensta, Yakobsberq, Sollentuna, Skarpnek, Norsborq, Fittya, Vorberq, Şerholmen və Bredenqə yayılıb.
Polisin bildirdiyinə görə, baş vermiş qarşıdurmanın cəmi üç gecəsi ərzində azı 200 nəfər iştirak edib. Yerli informasiya agentliyi “TT”nin xəbərinə əsasən, yeddi nəfər polis zərər çəkib.
Çərşənbə günü isə təxminən 60 nəfər gəncdən ibarət qruplaşma məktəbi, bağçanı və şəhərətrafında 30 avtomobili yandırıb. “İnterfaks” bildirib ki, aqressiv əhval-ruhiyyəli gənclər polisə və yanğınsöndürənlərə daş atıblar, polis bölməsinin birini isə daşa tutublar.
Qarışıdurma yaradan iştirakçılardan 8-i yaxalanıb, onlardan 7-si 15-19 yaş aralığında olan gənclərdir və onlar azadlığa buraxılıblar. Bir nəfər isə XIX əsrə aid binada yerləşən mədəni mərkəzi yandırmaqda şübhəli bilindiyi üçün həbs olunub.
Ölkənin baş naziri Fredrik Reynfeldt xüsusi təşkil edilmiş mətbuat konfransında bildirib ki, “qiyamçılar İsveçi qorxuda bilməzlər”. Eyni zamanda o, küçə iğtişaşlarının Stokholm ətrafında yaxın günlərdə də davam edə biləcəyini bildirib.
Qeyd edək ki, qarışıqlıq və talanlar paytaxtdan şimalda yerləşən Xyusbyuda hələ mayın 19-da başlamışdı. Buranın əhalisinin 80%-i Somali, Türkiyə və Yaxın Şərq ölkələrindən gələnlərdir və burada yoxsulluq və işsizlik hökm sürür.
İğtişaşlara isə mayın 13-də polisin Xyusbyunun 69 yaşlı sakininə atəş açması zamanı yaranan insident səbəb olub. 69 yaşlı sakin asayiş keşikçilərini qisasla hədələyirmiş.

Nuranə ABBASOVA




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Yaponiya hökuməti dövlət qulluqçularının çoxunun evlərində işləməsinə çalışır
25.09.2018
Roma Papası Latviyada səfərdədir
25.09.2018
Mərkəzi Asiyada ilk beynəlxalq turizm universiteti Astanada açılacaq
25.09.2018
PKK başçısının yaxın silahdaşı həbs olunub
24.09.2018
Moldova Konstitusiya Məhkəməsi Dodonun səlahiyyətlərini müvəqqəti dayandırlb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info