Naftalan bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə liderdir
Tarix: 26.01.2018 | Saat: 12:58:00 | E-mail | Çapa göndər


Ötən il Naftalanın istirahət-əyləncə və sağlamlıq mərkəzləri 62 ölkədən 7 min 309 nəfər xarici turist qəbul edib. Bu, həm 2016-cı illə müqayisədə 2266 nəfər çoxdur, həm də paytaxtdan sonra bölgələrə üz tutan xarici turistlərin coğrafiyasına görə ən yüksək göstəricidir. Həmin mərkəzlərdə il ərzində daha çox Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə və Ukraynadan olan turistlər istirahət edib, yaxud müalicə alıblar.
Həmçinin Naftalanın istirahət mərkəzləri ötən il ilk dəfə olaraq dünyanın bütün qitələrindən və ayrı-ayrı regionlardan turist qəbulunu həyata keçiriblər.
Ötən il Naftalanın möcüzəvi müalicə əhəmiyyətli neft vannalarında ilk dəfə olaraq Asiya qitəsindən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Kamboca, Yeni Zelandiya, Filippindən, Amerika ölkələrindən Kanada, Meksika, Braziliya və ABŞ-dan, Afrika respublikalarından, hətta uzaq Avstraliyadan gələn turistlər sağlamlıqlarını bərpa ediblər.
Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, 2017-ci ildə Naftalanın bütün otelləri və sağlamlıq mərkəzləri yüksək göstəricilərlə fəaliyyət göstərib.
Ülfət Əliyev deyib ki, bu mərkəzlərdə istirahət edənlərin sayının ildən-ilə artmasına təsir göstərən amillərdən biri də ötən illərdə burada müalicə alan turistlərin yenidən Naftalanı seçməsi ilə əlaqədardır.
“Hətta elə turistlər var ki, onlar hər il Naftalana gəlirlər. Bir dəfə Naftalana gəlib, təkrar burada müalicə almaq istəməyən turist tapmaq çətindir. Elə xarici turistlər də var ki, onlar vaxtilə Naftalanda müalicə almış və neft vannasının möcüzəvi təsiri ilə öz sağlamlıqlarını tamamilə bərpa edən insanların ailə üzvləri, yaxın qohumları və ya dostlarıdır”, - deyə Ülfət Əliyev qeyd edib.
Bildirilib ki, turistlərin sayındakı artımı və tələbatı nəzərə alan Naftalan şəhər rəhbərliyi tərəfindən yeni sağlamlıq-istirahət mərkəzləri açmaq istəyən sahibkarlara dəstək göstərilib. Hazırda şəhərdə iki otelin və bir istirahət-sağlamlıq mərkəzinin fəaliyyətə başlaması üçün aparılan işlər yekunlaşmaq üzrədir.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info