Azərbaycanlı deputatın məruzəsi AŞPA-da qəbul olunub
Tarix: 26.01.2018 | Saat: 13:00:00 | E-mail | Çapa göndər


AŞPA-nın qış sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzəsinin müzakirələri zamanı erməni deputatlar həmişəki iyrənc xislətlərini yenə göstəriblər.
AZƏRTAC xəbər verir ki, müzakirələr zamanı ermənilərin söylədikləri yalanlar qarşısında məruzəçi S. Fətəliyeva susa bilməyib və onların lazımı cavabını verib.
S. Fətəliyeva bildirib ki, müharibələr həmişə olub və onların qurbanları arasında uşaqlar da yer alıb. Onlar amansız zorakılıqla öldürülüblər. Uşaqların mənsub olduqları millət, din əsasında öldürülməsi, siyasi ambisiyaların qurbanı olmaları qəbuledilməzdir.
“Mən Azərbaycanı təmsil edirəm, azərbaycanlıyam. Təəssüf ki, Azərbaycanın uşaqların silahlı münaqişədə, müharibədə qorunması sahəsində təcrübəsi var. Məruzəni hazırlamaq çox çətin idi. Çalışdım ki, tarazlı məruzə hazırlayım, etnik mənsubiyyətindən, dinindən, coğrafiyasından asılı olmayaraq, bütün uşaqların hüquqlarının müdafiə olunmasını, onların qorunmasını təmin edək. Bu gün heç bir ölkə müharibədən sığortalanmayıb. Heç bir məsum uşaq zorakılığa layiq deyil”, -deyə S. Fətəliyeva vurğulayıb.
Qeyd edilib ki, ölkələr beynəlxalq hüquqa, onun norma və prinsiplərinə riayət etsələr, belə məruzəyə ehtiyac olmaz. Əsas problem ölkələrin beynəlxalq hüquqa riayət etməmələridir. Beynəlxalq hüququn tətbiq edilməməsi uşaqlara qarşı zorakılığın tam cəzasız bir mühitdə aparılmasına imkan yaradır. Bu gün uşaqların hüquqlarının pozulmasının qarşısını almaq üçün səylərimizi birləşdirməli, cəzasızlığı aradan qaldırmalıyıq.
Bu məruzə digər məruzələrdən daha emosionaldır, onun siyasi əhəmiyyəti və gücü daha çoxdur. Məqsədimiz uşaqların qətlə yetirilməsinin, müharibələrin qurbanları olmasının qarşısını almaq, onların gələcəyini düşünməkdir.
“Uşaqlar nifrət, qorxu içində yaşamamalıdırlar. Onların gələcəyini biz düşünməliyik. Ümid edirəm ki, bu məruzə sadəcə AŞPA-nın müzakirə meydançası olmayacaq.
Bildirilib ki, AŞPA-nın nüfuzu zəifdir, çünki burada qəbul olunan qətnamələr, qərarlar burada da unudulur, həyata keçirilmir. Bu da onun nüfuzunun azalmasına aparır. Bu məruzə ilə AŞPA-nın güclü təşkilat olduğunu göstərək. Uşaqlar üçün ədaləti bərpa edək. Uşaqlar sağlam mühitdə böyüməlidirlər. Onlar güllə səsi yox, layla eşitməlidirlər. Onlar müharibə yox, mavi səma şəkli çəkməlidirlər.
Ədalətdən danışırıqsa, kimin haqlı, kimin günahkar, kimin təcavüzkar, kimin qurban, kimin işğalçı, kimin işğal olunan olduğunu açıq deməliyik”, - deyən S. Fətəliyeva parlamentariləri ədalətli olmağa səsləyib.
AŞPA-nın sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin Avropa Sosial Xartiyası üzrə alt komitəsinin sədri Sevinc Fətəliyevanın hazırladığı “Silahlı münaqişələrdə uşaqların müdafiəsi” adlı məruzə yekdilliklə qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Xələf Xələfov Xəzər dənizi məsələləri üzrə səlahiyyətli nümayəndə təyin edilib
14.11.2018
Savelyev: “Rusiya ilə Azərbaycanın münasibətləri bu potensialın reallaşdırılmasının parlaq nümunəsidir”
14.11.2018
Bakıda MDB daxili işlər orqanlarının iclası keçirilir
14.11.2018
Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə görüşlər keçirib
14.11.2018
Qarabağa qanunsuz səfər edən Avropa Parlamentinin üzvü Albaniyada arzuolunmaz şəxs elan olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info